Aysunun keçmiş əri Eşqin həbs edildi, səbəbi bilindi

25-05-2023, 11:48
A+
A-


Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs olunub.


MAGAZINEWS OLAY-a istinadən xəbər verir ki, Cəlilov inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.


Qeyd edək ki, Aysunla Eşqin ötən ilin avqustunda ilə qurub. Onlar bir müddət əvvəl 8 aylıq evliliklərini sonlandırdığını açıqlayıb.


***


Eşqin Cəlilov dünən Bakıda gözəllik salonunda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb.


Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.


Hadisə Nəsimi rayonu ərazisindəki gözəllik salonunda baş verib. Eşqin Cəlilov inzibati xətalar məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.