Aynişan yenə izləyicisi ilə gərginlik yaşadı

25-05-2023, 14:00
A+
A-


Bloger Aynişan Quliyeva növbəti izləyicisi ilə gərginlik yaşayıb.


Influenser bir istifadəçinin "Bu kimi insanlar özlərini göstərməkdən başqa bu cəmiyyətə bir fayda verirlər?",- rəyindən rahat olub. O, həmin şərhi instaqram hekayəsində paylaşaraq abunəçiləri ilə sorğu-sual edib və bu sözləri yazıb: "Gəlin xanımı bir az məlumatlandıraq".

Quliyevanın izləyiciləri onun gördüyü işlər, uğurları, gözəlliyi barədə məlumatlar yazıb. Aynişan sözügedən rəyləri "story"də yayaraq "ümid edirəm ki, xanımı bu gecə məlumatlandırdıq. O da, biz də rahat yata bilərik",- sözlərini qeyd edib.


Qeyd edək ki, bloger bundan əvvəl bir izləyicisi barədə hüquq-mühafizə orqanlarına şikayət ünvanlamışdı. /Olay.az/