11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |     11:55 "Park cinema"da ilk dəfə 2x qala gecəsi: “Səkkiz” - FOTOlar  |     17:35 Türk ailəvi film “Kardeş Takımı 3” - eksklüziv olaraq CineMastercard-da! - VİDEO  |     19:15 “Miss & Mister Azərbaycan 2025” Milli Gözəllik Müsabiqəsinin möhtəşəm Finalı baş tutacaq  |     12:45 “CineMastercard”da Yeni il festivalında “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı  |     22:10 “CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub - FOTO/VİDEO  |     13:50 “CineMastercard”da türk komediyası “Yan Yana” - VİDEO  |     09:00 Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək  |     13:15 “CineMastercard”da eksklüziv olaraq “Bi Umut” təsirli dramın nümayişi baş tutacaq  |     15:35 “Hozu Xan” filminin Qala Gecəsi keçirildi – FOTO  |     13:45 “CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” - VİDEO  |     22:45 “4 TƏKƏR” filminin imza günündə izdiham yaşandı – FOTO/VİDEO  |     18:34 “CineMastercard”da tarixi dram “Mevlana Mest-i Aşk” - VİDEO  |     12:05 3 milyonluq çantası ilə diqqət çəkdi - FOTOlar  |     10:06 Xalq artisti Ramiz Quliyev VƏFAT ETDİ  |     16:05 CineMastercard-da “Tron: Ares” filminin nümayişi keçirildi - VİDEO - FOTOlar  |     14:36 Əminə Yusifqızı vəfat etdi  |     13:52 "CineMastercard"da Ümumdünya Kosmos Həftəsi çərçivəsində"Kosmik Filmlər Festivalı" keçiriləcək  |     09:30 “Formula 1”də evlilik təklifi - VİDEO  |     12:30 İlk dəfə efirdə birgə görüntüləndilər: ərindən xanəndəyə sevgi dolu SÖZLƏR - VİDEO  |    

Red Bull Dance Your Style yarışının qalibi bəlli oldu


Red Bull Dance Your Style qlobal müsabiqəsinin milli finalçısı seçildi.


MAGAZINEWS xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında keçirilən yerli seçim mərhələsində 16 nəfər iştirakçıdan göy rəng altında çıxış edən Malik təxəllüslü Məlikməmməd Abdullayev tamaşaçıların ən çox səsini toplayaraq bütün təkbətək mübarizələrdə rəqiblərini üstələməyi bacarıb. 

Red Bull Dance Your Style yarışının milli finalçısı olan Malik ölkəmizi Frankfurtda keçiriləcək qlobal finalda təmsil edəcək. 

Səhnəyə ilk olaraq çıxan gənc və istedadlı reper A.T Xtkr Red Bull Dance Your Style rənglərində olan qırmızı və göy saçları ilə və məhz yarış üçün hazırladığı treklə bütün tamaşaçıları ələ almağı bacardı. 


Daha sonra keçirilən rəqqasların təkbətək mübarizəsində isə sözü tədbirə toplaşan 6 mindən çox tamaşaçı deməli idi. Bir-birindən bacarıqlı və istedadlı olan finalçıların çıxışları arasından seçim etmək tamaşaçılar üçün doğrudan da çətin oldu. Hətta bir neçə dəfə auditoriyanın bərabər səsini toplayan rəqqaslar onlara verilən həlledici raundda bütün güclərini və bacarıqlarını ortaya qoyaraq tamaşaçıların doğru seçim etməklərinə kömək oldular. 

Rəqqaslardan əlavə səhnəyə çıxan gənclərin sevimlisi Hiss və Orxan Zeynallı ilk dəfə olaraq məhz Red Bull Dance Your Style üçün  “Sing Your Style” adlı ortaq trek ifa etdilər. 


Qeyd edək ki, Red Bull Dance Your Style müxtəlif küçə üslublu rəqslərin nümayiş olunduğu beynəlxalq rəqs yarışmasıdır. 


Tədbirin rəsmi tərəfdaşı  Bank VTB Azərbaycandır.


Daha ətraflı: REDBULL.AZ/DYS2023 




Digər Xəbərlər