22:45 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb  |     20:45 Premyer Liqada VII tura "Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vurulub  |     18:35 “Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa  |     19:13 Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib  |     21:33 Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib  |     12:11 "Neftçi" "Sabah"a qarşı  |     16:33 "Neftçi" – "Sabah" oyununun hakimləri açıqlandı  |     11:37 Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)  |     19:07 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb  |     09:15 Azərbaycan Litvaya qarşı  |     11:13 Ayxan Abbasov: "Əzmkar komandaya qarşı oynayacağıq"  |     12:10 Azərbaycan - Litva oyununa bu hakimlər idarə edəcəklər  |     22:02 UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib  |     10:05 Millətlər Liqası: Azərbaycan Lixtenşteynə qarşı  |     22:55 RED BULL WINGS CUP ilə Azərbaycandan Mayamiyə  |     19:50 Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik"  |     14:11 “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı  |     12:45 Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı  |     19:33 Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"  |     18:56 UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib  |    

"Bu yaşıma qədər heç vaxt övlad tələf etdirməmişəm"


Müğənni Elnarə Xəlilova izləyicilərinin suallarını cavablandırıb.


Axşam.az xəbər verir ki, ifaçı paylaşım edərək "Gəlin, maraqlı ilkə imza ataq. Fərz edək ki, siz jurnalistsiniz, və müsahibəyə gəlmişəm. Hər kəs öz sualını yazsın, mən də cavablandıracağam" sözlərini yazıb.

İstifadəçilərin ailə ilə bağlı suallarına Elnarə "Müğənni xanım üçün asan deyil uzun illər möhkəm ailəni qorusun. Bəzən güzəştə getməyi və səbrli olmağı bacarmaq lazımdır. Sosial şəbəkələrin tüğyan elədiyi bir dövrdə populyar olmağa nə var ki... Üzr istəyirəm ifadəmə görə, götür telefonu bir axmaq söz danış, hərəkət elə, mahnı oxu və yat, səhər dur artıq fenomensən. Ancaq evinin xanımı olmaq hər adama nəsib və qismət olmur. Olanda da bəzən onun dəyərini bilmirlər. Odur ki, hər əldə etdiyimizə şükür" cavabını verib.

Son günlər üzündə qırışlar olan ifaçı botokq etdirməməsinin səbəbiniaçıqladı:

"Mimik qırışlarım üçün kosmetoloqum hər zaman botoksdan istifadə edir. Sadəcə, indi yay fəslindəyik, bol günəşlənəcəyəm deyə, heç nə elətdirmirəm. Çünki eləməyin mənası yoxdur. Payızda Allah qoysa nə məsləhət olsa, onu da edəcəyik. Hərdən estetik etdirmək istəyirəm, amma hələ özümü saxlayıram. 50 yaşdan sonra etdirəcəyəm".

Xəlilova "Yenə uşaq istərdiniz" sualına "Əslində dördüncünü də istmirdik, amma oldu. Özümə də vaxt ayırmaq istəyirəm. Amma belə bir hal baş versə, gərək olsun. Çünki bu yaşıma qədər heç vaxt övlad tələf etdirməmişəm. Bundan çox qorxuram" reaksiyasını verib.


Digər Xəbərlər