Natavanla Dado bir arada

Müğənni Natavan Həbibi və reper Dado (Səid Əliyev) yenidən bir araya gəliblər.
Dado Natavanın bağında oğlu Zeydlə oynadığı videonu yayımlayıb. Görüntüləri isə Həbibi lentə alıb.
Dado videoya "Allahımın ən gözəl hədiyyəsisən, oğlum" şərhini yazıb.
Qeyd edək ki, Natavanla Dado 2017-ci ildə ailə qurub və bir neçə ay sonra ayrılıblar. İfaçılar dəfələrlə barışıb, ayrılıb. Bir müddət əvvəl isə Natavan Dadonun məhkəməyə gəlmədiyini, rəsmi boşana bilmədiklərini açıqlamışdı. Dado isə uşağını görə bilməməkdən şikayətlənmişdi. Bu günlərdə isə reper "Arada aramızda sıxıntılar oldu, sonra bir-birimizi başa düşdük. Natavanla mənim münasibətimdə üçüncü şəxslərin müdaxiləsi vardı. Sonda başa düşdük ki, evlənmək bizim kimi insanlar üçün deyil" sözlərini söyləyib. /axsam.az/
