13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |    

"Nəsibə Zeynalova iki dəfə nazirin yanına xahişə gedib"


"Türkiyəyə getmək səbəbim anam Nəsibə Zeynalovanın xəstəliyi ilə bağlı idi. İllər əvvəl mənə söylədilər ki, Cahangir bəy, sizin Türkiyəyə getməyiniz hamımızı çaşdırdı. Ya sən, ya Nəsibə xanımın açmayacağı qapı yox idi. O zamanlar elə bir nazir yox idi ki, mənə nədəsə köməklik etməsin. Onlar ən uzağı deyirdilər ki, sabah saat 11-də gəl görüşək. Mən də heç zaman hansısa xahişi özüm üçün istəməzdim. Özüm üçün həyatda heç zaman heç nə istəməmişəm".


Bu sözləri Əməkdar incəsənət xadimi Cahangir Zeynallı "Söhbət var" verilişində deyib. O, anası, mərhum Xalq artisti Nəsibə Zeynalovadan bəhs edib:

"Nəsibə xanım mənim üçün iki dəfə nazirin yanına xahişə gedib: Bir mən əsgər getmək istəyəndə, noyabra kimi gözləmək istəmədim. Murtuz Quliyevin yanına getdik. Nəsibə xanım dedi ki, mən istəyirəm oğlum indi getsin əsgər. Oradan da Murtuz müəllim dedi ki, kimdir o? Necə insandır ki, Nəsibə xanım övladını əsgər göndərmək istəyir? İkinci dəfə isə anam Zakir Nərimanovun yanına getdi ki, oğlum Cahangir Musiqili Teatrda işləmək istəmir. O, Şəkiyə getmək istəyir. Yəni təyinatımı Şəkiyə istəyib. Başqa məsələdən ötrü mənim üçün xahiş olunmayıb. Özüm üçün də heç nə xahiş etməmişəm".

C.Zeynallı Türkiyəyə köçməsinin səbəbini açıqlayıb:

"Anam Nəsibə xanım atamın vəfatından sonra iflic olmuşdu. O, böyük stress keçirmişdi. Onu atamdan sonra 10 il yaşada bildim. Onun dərmanlarını və yaşamını qarşılamaq üçün Türkiyəyə yollandım. Açığı deyim ki, həyat yoldaşımla Türkiyədə 3-5 il arasında yaşamağa getmişdik. Amma getdim, işlər dəyişdi". /axsam.az/


Digər Xəbərlər