13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |    

Niyamın restoranındakı hesab müştərini təəccübləndirdi - Foto


Müğənni Niyam Salaminin işlətdiyi, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkədə paylaşılaraq, müzakirələrə səbəb olub.


Məkanda ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması tənqid edilib. Qəbzdə ödənilən hesabın ¼ hissəsi xidməthaqqı kimi tutulması əks olunub.

Belə ki, müştərinin sifarişi 191 manat məbləğində olub. Bu məbləğin üzərinə 47,75 manat xidməthaqqı əlavə edilib və ümumilikdə müştəridən 238,75 AZN hesab alınıb. Müştəri gələn hesabdan təəccüblənib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, əgər müştəriyə əvvəlcədən xidməthaqqı ilə bağlı məlumat verilməyibsə, restoranın bu tələbi qanunsuzdur:

"Biz dövlət orqanları qarşısında bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Lakin dövlət orqanları deyir ki, bu, biznes qurumlarının öz ərazisidir və özləri necə istəyər, elə də edər. Çekə saldıqları üçün vergi verirlər, deyirlər ki, orada qanun pozuntusu yoxdur. İstehlakçı hüquqlarını qoruyan bizim təşkilat isə deyir ki, vergi vermək azdır. Bu istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçı maraqlarına zidd hərəkətdir".

E. Hüseynovun sözlərinə görə, əvvəlcədən istehlakçıya bu barədə məlumat verilməlidir ki, o, istəmədiyi təqdirdə seçim edə bilsin.

Sözügedən restoranın administratoru Elvin Məmmədli bildirib ki, həmin qəbzdə qeyd olunan məbləğ həm də şou-proqramla bağlıdır:

"Bizdə həm menyuda, həmçinin instaqram və TikTok hesablarımızda xidmət faizi qeyd olunub. Əyləşən kimi də müştəriyə bu barədə məlumat verilir. Həm xidməthaqqı, həm də şou-proqram ödənişi bu 25 faizə daxildir. Bura gələnlərin də əksəriyyəti təkrar müştərilərdir, yəni neçə illərdir bundan məlumatlıdırlar".

Məbləğin çox olması ilə bağlı suala gəlincə isə administrator bildirdi ki, bu məbləğ müğənnilərə olan ödənişi ancaq qarşılayır:

"Bizdə olan şou-proqram heç yerdə yoxdur. Bizim müğənnilərə, şou-proqrama verdiyimiz pullar onu ancaq ödəyir. Hər gün də şou-proqramımız olur". /axsam.az/




Digər Xəbərlər