“CinemaPlus”da “Qeyri-mümkün missiya” filminin premyeradan öncə nümayişi keçirilib

14-07-2023, 12:57
A+
A-


“Amburan Mall” ticarət mərkəzində (Bilgəh qəsəbəsi)  yerləşən “CinemaPlus” premium kinoteatrında Paramount Pictures”ın istehsalı olan “Qeyri-mümkün missiya: Ölümcül intiqam, 1-ci hissə” adlı Amerika casus döyüş filminin premyeradan öncə nümayişi keçirilib.


Bu, “Qeyri-mümkün missiya” franşizasında yeddinci filmdir və büdcəsi 290 milyon dollar təşkil edir. Filmin rejissoru və ssenari müəllifi - Kristofer Makuorridir.

Filmdə baş rolu Tom Kruz ifa edir. Eləcə də Rebekka Ferqyuson, Heyli Etvell, Pom Klementeff, Vanessa Kirbi, Saymon Peqq, Şey Uiqem, Keri Elves, Rob Delani və İndira Varma çəkiliblər.


Film haqqında qısaca: İtan Hant və onun komandası yenidən təhlükləli tapşırığa başlayırlar. Bu dəfə onlar bütün bəşəriyyəti məhv edə biləcək ölümcül silahın axtarışına çıxırlar və onun səhv əllərə keçməməsinə çalışırlar. Milyardlarla insanın həyatını xilas etmək üçün ölümcül yarış başlayır. Baş qəhrəman qüdrətli Qabriel ilə üzləşməli olacaq və qələbə qazanmaq üçün əzizlərini qurban verməyə belə məcbur ola bilər.


Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirin təşkilində Brand Media Groups, “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “A1” rəqs qrupu, “Luxury party 360” selfi videoçəkiliş, “Чёткая” Organic vodka, Bonaqua və Red Bull dəstək göstəriblər.


Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Qeyri-mümkün missiya: Ölümcül intiqam” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.