22:45 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb  |     20:45 Premyer Liqada VII tura "Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vurulub  |     18:35 “Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa  |     19:13 Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib  |     21:33 Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib  |     12:11 "Neftçi" "Sabah"a qarşı  |     16:33 "Neftçi" – "Sabah" oyununun hakimləri açıqlandı  |     11:37 Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)  |     19:07 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb  |     09:15 Azərbaycan Litvaya qarşı  |     11:13 Ayxan Abbasov: "Əzmkar komandaya qarşı oynayacağıq"  |     12:10 Azərbaycan - Litva oyununa bu hakimlər idarə edəcəklər  |     22:02 UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib  |     10:05 Millətlər Liqası: Azərbaycan Lixtenşteynə qarşı  |     22:55 RED BULL WINGS CUP ilə Azərbaycandan Mayamiyə  |     19:50 Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik"  |     14:11 “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı  |     12:45 Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı  |     19:33 Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"  |     18:56 UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib  |    

28 yaşlı ulduz yeni imici ilə göz oxşadı


Müğənni Hiss isti yay günlərində Dənizkənarı Milli Parkda konsert proqramı ilə çıxış edib.



MagaziNews.az xəbər verir ki, konsertə saatlar qalmış Hissi izləmək istəyənlər məkana axın ediblər. Açıq havada baş tutan gecədə müğənni repertuarında yer alan sevilən hitləri ard-arda səsləndirib. Səhnədə Hissi "NERO" rəqs qrupu müşayiət edib. Bir saat çəkən tədbirdə müğənni bir-birindən iddialı iki libası ilə sevənlərini heyran edib.  28 yaşlı ulduz saç düzümündəki dəyişiklik ilə də diqqət çəkib.

Hiss fanatları ilə ünsiyyət qurmağı da unutmayıb. İzləyiciləri salamlayan ifaçı "Xoş gəlmisiniz? Necəsiniz? Buradan hamınız çox gözəl görsənirsiniz. Bütün mahnılarımı mənim ilə birgə oxuduğunuz üçün də təşəkkür edirəm. Hamınızı çox istəyirəm" deyə, bildirib.

Tamaşaçıların istəyi ilə Hiss "Karma" və "İstəmirəm" mahnısını iki dəfə səsləndirib. Fanatları mahnıları müğənni ilə birgə ifa ediblər.

Qeyd edək ki, sənətçi yaxın günlərdə yeni mahnı və klip təqdim edəcəyinin də müjdəsini verib.




Digər Xəbərlər