"Tamaşaçıları kövrəldə biləcəyik" – Damla - FOTOLAR - VIDEO
Damla bir müddətdir ki, anonsları gedən çəkildiyi "Taxta ayı" adlı filminin təqdimatını keçirib.
Magazinews.Az xəbər verir ki, təqdimat İmax Park Cinema kinoteatrında baş tutub.
Tamaşaçılarının qarşısına bu dəfə fərqli janrla çıxan gecənin əsas qəhrəmanı müğənni Damla Magazinews.Az-a çəkildiyi filmindən danışıb:
"İnanıram ki, tamaşaçılar filmimizi izləyəcək. Öhdəmə düşən obrazı bacardığım qədər oynamağa çalışmışam. Obrazımla təkcə oxşarlığımız onun da atasının dünyasını dəyişməsidir. Filmdə həyatımın sevgisi olan insan balaca taxtalardan ayı hazırlayıb. Ona görə də sevgisini balaca oyuncaqlarla ifadə edir. Düşünürəm ki, tamaşaçıları kövrəldə biləcəyik. Filmimizin rejissoru Cavid Orucludur.(Delee) Baş rolları Rüfət Nəzərli və Neo ilə mən bölüşürəm. Dəyərli aktyorlarımız Əməkdar artist Mehriban Xanlarova, Zemfira Əbdülsəmədova, İlqar Cahangir kimi aktyorlarla birgə çalışdıq. Çox xoşbəxtdəm ki, dövrün canlı əfsanələri ilə eyni filmdə rol almışam. Azərbaycanda dram filmi çəkməyə ehtiyat edirlər. Bizdə daha çox komediya sevilir. Mən riski sevən insanam. Çətin işləri görməyi sevirəm. Ona görə də dram filmi olmağını istədim. Təki bu film dram janrındakı filmlərimizə qapı açsın."
Müğənnin filmdəki tərəf müqabili aktyor Rüfət Nəzər onu digər əsas rol ifaçılarından fərqləndirib:
"Adətən, təqdimat zamanı əsas qəhrəman gələn qonaqları iki-üç saat gözlədir. Aktyorlar toplaşır. Sonda baş rol ifaçısı gəlir. Bu gün bunun əksini gördük. İlk olaraq Damla gəldi. Digər aktyorlarımız tıxacdadırlar."
Müğənnin son vaxtlar sıxca işbirliyində olduğu Delee ləqəbli, quruluşçu operator Cavid Oruclu yeni işlərindən danışıb:
"Məncə filmimiz uğurlu olacaq. Çox əziyyətimiz oldu. Puldan çox, sənəti düşündük. Çalışdıq ki, 90-cı illərdən bəri olmayan filmi canlandıraq. Oqtay Mirqasımov, Rasim Ocaqov kimi rejissorların çəkdiyi əziyyətlərini cavan nəsil olaraq, biz də təkrarlamaq istədik. Film hazırlıq müddəti ilə birgə 6 aya çəkilib. Əsas qəhrəman müğənni olduğuna görə zaman amili çətinliklər oldu. Müəyyən səbəblərdən 5 gün çəkirdiksə, 5 gün fasilə vermək məcburiyyətində qalırdıq. Film təqdimatdan üç gün öncə tam hazır oldu. Filmə baxdıqda niyə məhz, taxta ayı olduğunu anlayacaqlar. Sevgi ilə bağlı primitiv ad seçmək istəmədik."
Qeyd edək ki, filmin quruluşçu rejissoru Cavid Heydərov, rejissoru Emin Muradov, prodüseri isə müğənninin özüdür.
Bundan başqa, gecədə müğənni seçdiyi geyimi, istifadə etdiyi aksesuarları və xeyli çəki atması ilə diqqət çəkib.
Tural Hüseyn
Fotolar: Sübhan İsmayılov / Ramin qurbanov
Video: Sübhan İsmayılov
Şou-Biznes / Kino / Müsahibə / Video / Manşet
16-11 13:21
Digər Xəbərlər
Şou-Biznes / Manşet
07-10 16:30