09:15 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" matçı ilə start götürəcək  |     00:54 "Sabah" 4:0 uduzdu  |     21:01 Premyer Liqa: "Zirə" – "Qarabağ" matçının hakimləri açıqlanıb  |     09:55 "Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)  |     09:35 “Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq  |     08:50 Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb  |     16:33 Coy-Lens Mikels Georgi Adamiyanın göstəricisini təkrarlayıb  |     13:50 Azərbaycan futbolunda qol yağışı: Son 21 mövsümün rekordu təzələndi  |     11:50 Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yenilənib  |     23:10 “Qarabağ” çətin qələbə qazandı  |     20:10 Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib  |     10:10 "Qarabağ" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Sumqayıt"a qarşı  |     20:53 “Sabah” “Zirə”ni darmadağın etdi  |     14:25 "Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir  |     09:33 Premyer Liqada IV turun matçları keçiriləcək  |     08:43 Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu  |     22:33 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     09:15 Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir  |     16:45 "Kəpəz" cərimələnib  |     16:36 Kadi Borgesə ağır cəza  |    

Sərxandan Lalə Azərtaşa: "Xoşqədəm, Zaur olan teleməkanda sizə baxan olmayacaq" - FOTO


Aparıcı-aktyor Sərxan Kərəmoğlu sosial şəbəkədə Əməkdar artist Cavanşir Məmmədovla kürəkəni arasında baş verən qalmaqaldan yazıb.


O, şəxsi instaqram hesabında status yazaraq Cavanşir Məmmədova tərəf çıxıb.

Sərxan Kərəmoğlu məlum məsələyə görə Cavanşir Məmmədovun qatıldığı "Təsir dairəsi" proqramının aparıcısı Lalə Azərtaşa səslənib:

"Nə edək? Lalə xanım, Cavanşir Məmmədovu dəfn edək? Onunla qərəzliyinizin sonu nə olacaq? Cavanşir bəy sizə fəxri adla baglı öz aranızda söz deyib, onu efirdə açıqladınız. Cavanşir bəy türk oğlanın "cinayət işi var" deyir, siz onu aydan arı, sudan duru kimi təqdim edirsiniz. Nə üçün?".

Daha sonra Sərxan fikirlərinə belə davam edib:

"Lalə Azərtaş, birdən düşünərsiniz ki, Sərxan, sənə nə düşüb? Mən də həmin sualı sizə səsləndirirəm, sizə nə düşüb? Efirə şikayətçi gəlib, bir, iki gün dinlə və birtərəfli olma. Verilişinizin baxımlı olması üçün Cavanşir sizə lazım idi. Amma hər şeyi dadında buraxmaq gözəldir.

Məsləhət yox, sadəcə bir tövsiyyə edirəm. Siz nə etsəniz də, zəhləm getsə də bildirim ki, Xoşqədəm Hidayətqızı olan teleməkanda sizə baxan olmayacaq. Hələ mən Zaur Baxşəliyevi demirəm... Efir saatlarınız üst-üstə düşənlərin adlarını qeyd edirəm". /baku.ws/




Digər Xəbərlər