"Barbie" 1 milyard qazandı

8-08-2023, 10:23
A+
A-


Qreta Qerviqin "Barbie" komediyası dünya miqyasında nümayişindən iki həftə yarım sonra bir milyard dollar qazanıb.


Bu barədə filmin yaradıcıları məlumat veriblər.

Ekran işi ABŞ-da 459 milyon dollar, dünya üzrə isə 572 milyon dollar gəlir əldə edib.

"Barbie"-nin dünya premyerası 21 iyul tarixində Kristofer Nolanın "Oppenheymer" dramı ilə eyni gündə baş tutub. Film "Super Mario Bros."-dan sonra 2023-cü ilin ən çox gəlir gətirən ikinci ekran işidir.

Həmçinin qadın rejissorun indiyə qədər ən çox qazanc gətirən filmdir. /olay/