"Aygün Kazımovadan möhtəşəm səhnə performansı" - Foto - VIDEO

2-12-2018, 15:51
A+
A-

Ötən gün "Elektra Events Hall" -da pop diva, Xalq artisti Aygün Kazımovanın “Duy”-adlı konserti keçirilib.

Magazinews.Az xəbər verir ki, səhnəyə çıxan gənc ifaçılar sənətçinin repertuarından olan mahnıları səsləndiriblər.
Daha sonra Gürcüstanın məşhur qrupu “Kahaberi” səhnəyə çıxıb. Qonaqlar gözəl şou proqramları ilə yadda qalıblar. Qrup “Ay lolo” xalq mahnısını gürcü dilində səsləndirib.

Xalq artistinin səhnəyə çıxması konsert izləyicilərinin coşqusunu daha da artırıb.Aygün Kazımova konsertin birinci hissəsində sevilən hitlərini, ikinci hissədə isə  “Duy” albomunun mahnılarını ifa edib.

Konsertin sonunda səhnəyə dünya şöhrətli dj David Vendetta səhnə alıb. O, A.Kazımovanın ifasında olan “Duy”, xalq artisti Alim Qasımovun repertuarından isə “I am your Godness” mahnılarına müraciət edib.

Qeyd edək ki, konsert ərzində müğənni üç geyim dəyişib. Səhnə geyimləri isə dizayner Rüfət İsmayıla məxsusdur.

Tural Hüseyn