“Pantene Altın Kelebek” -də namizədlərin iştirakı ilə konsert oldu" FOTO/VIDEO
Ötən axşam “Pantene Altın Kelebek” mükafat mərasiminə azərbaycanlı namizədlərin iştirakı ilə konsert baş tutub.
Magazinews.Az xəbər verir ki, konsertdə Xalq artisti Aygün Kazımova, Səmra Rəhimli, Xatirə İslam, Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova və Roza Zərgərli səhnə alıblar.
Gecədə qadın namizədlər və qonaq sənətçilər maraqlı şoularını nümayiş etdiriblər. Qonaq müğənnilərin sıraısında konsertin aparıcısı Murad Arif, Rauf Əhmədov və Samir Cavadzadə olub.
Səhnəyə ilk olaraq Xalq artisti Aygün Kazımova çıxıb. Pop Diva Qara transparan geyimi ilə diqqət çəkib. O, “Toy boy” mahnısını ilə çıxış edib.
İkinci səhnə alan sənətçi Səmra Rəhimli olub. Gənc ulduz “Badminton” mahnısı ilə şousunu nümayiş etdirib. Rəhimli cəsarətli geyimi ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
Daha sonra “Eurovision”-da digər təmsilçimiz Dilarə Kazımova səhnəyə çıxıb. Dilarə yenicə təqdimatını keçirdiyi “Azərbaycan” mahnısını səsləndirib. Sənətçi səhnə üçün qara, uzun və yarıqlı paltar seçib.
“Kelebek”-in digər namizədi Günay İbrahimli də səhnəyə dəvət olunub. İbrahimli konsertə ağ, uzun libasla çıxıb. Onun seçdiyi mahnı isə “Kaderinle barış” -ın remiks versiyası olub.
Namizədlərdən daha biri Roza Zərgərli isə qara qapalı geyim və altdan qısa şort geyinib. Sənətçinin ifası gecəyə rəng qatıb.
Tədbirin digər xanım ulduzu Aysel Əlizadə olub. O, ifasında çox sevilən “Yandırdın qəlbimi” -adlı mahnını səsləndirib. Qara, açıq-saçıq geyimi ilə ifaçı göz qamaşdırıb. Sənətçinin ifası böyük bəyənilə qarşılanıb.
Xatirə İslam isə səhnəyə həmkarlarından fərqli olaraq rəqqas və rəqqasələrsiz çıxıb. Sənətçi hit mahnısı olan “Zülmətlərin övladıyam” -ı səsləndirib. Müğənni transparan, dekolteli geyimə üstünlük verib.
Qeyd edək ki, gecədə Türkiyəyə gedəcək 3 namizədin adının açıqlanacağı gözlənilsə də, əksi olub. Təşkilatçılar siyahının dekabrın 9-da açıqlanacağı deyiblər. Yarışmada seçim prosesi ilə bağlı dəyişikliklər olunub. Dekabrın 9-u İstanbulda baş tutacaq tədbirə cəmi bir ulduz gedəcək. Buna səbəb təşkilatçıların qalib bir nəfər olacaqsa, mükafat almayan digər müğənnilərə əziyyət verərək İstanbula aparmaq istəməmələri olub. Artıq səsvermə bitib. Dekabrın 9-da mükafatı alacaq ulduzun adı bilinəcək.
Tural Hüseyn
Fotolar: Nuran Məmmədov
Şou-Biznes / Video / Manşet / Maraqlı
03-12 18:09
Digər Xəbərlər
Şou-Biznes / Manşet
07-10 16:30