Məşhur müğənni təkcə bilet satışından 65 milyon dollar qazandı

16-09-2023, 20:02
A+
A-


Amerikalı müğənni Teylor Sviftin "Eras Tour" musiqili filmi bilet satışından əvvəl 65 milyon dollardan çox gəlir əldə edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, premyerasına bir ay qalmış konsert filmi ABŞ və Kanadada satışlarda artıq bir çox məşhur ekran işlərini qabaqlayıb.

Kino mütəxəssilərinin məlumatına görə, konsert filmi nümayiş olunduğu ilk həftəsonunda 100 milyon dollar gəlir əldə edəcək.