18:58 Akademik Musiqili Teatrda premyera – “Killerdən teleqram” - VİDEO  |     18:22 CineMastercard-da “Joker: İki nəfərlik dəlilik” filminin premyeradan öncə nümayişi oldu - FOT/VİDEO  |     08:35 Musiqili Teatrın solisti Qazaxıstanda uğurla çıxış etdi - FOTO  |     17:20 Tezliklə CineMastercard-da Hoakin Feniks və Ledi Qaqa ilə “Joker: İki nəfərlik dəlilik” filmi - VİDEO  |     09:49 Red Bull Soapbox Race 2024-ün qalibləri bəlli oldu - FOTO  |     14:18 "Red Bull Soapbox Race 2024" yenidən Bakıda! - FOTO  |     11:16 Musiqili Teatr Brestdə uğurla qarşılandı - FOTO  |     09:21 Akademik Musiqili Teatrda yeni mövsümün ilk premyerası olacaq  |     08:33 Sevgi̇ i̇lə dəli̇li̇yi̇n bi̇rləşməsi̇ndən yaranmış möhtəşəm cütlük  |     15:10 Dünya rekordçusu Alov Qüllələrini fəth etdi: Bakıdakı tarixi sleklayn hadisəsi - FOTO/VİDEO  |     09:18 Akademik Musiqili Teatr yeni mövsümə başladı - FOTO  |     14:17 CineMastercard kinoteatrında “Qarğa” mistik trillerin premyeradan öncə nümayişi baş tutub - VİDEO - FOTO  |     19:51 "Cütlüklər evlənmədən öncə eyni evdə..." - VİDEO  |     16:25 Yağlı dirək yarışının qalibləri müəyyənləşdi - FOTOlar  |     12:27 CineMastercard kinoteatrında “Milli Mətbuat Günü”  |     20:20 Qurban Qurbanovun görüntüləri marağa səbəb oldu - VİDEO  |     19:00 Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatra təşəkkür etdi - FOTO  |     11:10 CineMastercard kinoteatrında “Yaramaz Mən 4” cizgi filmi nümayişi ilə uşaq bayramı keçirildi - VİDEO - FOTO  |     18:11 İyulun 21-də Nərəkənd parkında Red Bull Yağlı Dirək yarışı keçiriləcək  |     19:35 CineMastercard kinoteatrlarında “Emanet” Türk filmi - VİDEO  |    

“Məni vurdun deyib polisə şikayət edirlər” - Sevil & Sevinc - FOTO/VIDEO


“Biz heç kəsin haqqını tapdalamamışıq" – bu sözləri Magazinews.Az-a müsahibəsində  Sevil - Sevinc bacıları deyib.

Magazinews.Az  şou-biznesin ən məşhur əkizləri, Sevil-Sevinc bacılarının müsahibəsini təqdim edir:

Bu gün yerli sənətçilərə niyə görə konsert təşkil etmirlər?

“Konsert vermək üçün tamaşaçı sevgisindən çox maddi durumun imkan verməlidir. Konserti ya öz cibindən etməlisən, ya da sponsor tapmalısan. Bizdə sponsor qıtlığı var. Heç kəs razılaşmadığı üçün öz cibindən məbləği ödəməyə məcbur olursan. Ən sıradan konsert 70-90minə başa gəlir. Düşünürük ki, sponsorla olsun. Məbləğ də cibində qalsın. O pula özünə ev al.(gülür) Təşkilatçılardan ona görə narazıyıq ki, türk-rus müğənniləri gətirirlər. Zalı doldura bilmirlər. Öz müğənnilərində o potensialı görmürlər. Bizə o 50 min dolları versinlər. Əslində məbləğlər budur. Ucuz qiymətə heç kim Azərbaycana konsert üçün gəlmir. Öz müğənnimizə 5 min verməyi çox bilirlər. Deyir ki, konserti mən edirəm. O, mənə pul versin. Xaricdən hansısa lazımsız müğənnini gətirərək konsert edib batırmağı üstün tuturlar. Bizdə konsert zalını doldura biləcək çox müğənnilər var. Namiq Qaraçuxurlu konsert etsə, yetərincə tamaşaçı gələcək. Heç kim ona konsert keçirməyi təklif etmir. Mən təşkilatçı olsaydım edərdim.”

 “Qızqaçırtma-2” filmindən gözləntiləriniz nədir?

“Möhtəşəm kinokomediya olacaq. Birinci film yetərincə sevildi. Biz ikincisini daha çox sevdik. Daha çox əyləndik və güldük. İlk filmdə səhnəni 2 dubla çəkirdiksə, bu dəfə 10 dubl olurdu. Çünki gülməkdən dayana bilmirdik. Zarafatlarla dolu dinamik filmdir. Hamı öz ailəsi ilə birgə rahat gəlib baxa biləcək. İlk filmdə birimizi qaçırtmışdılar, amma ikincidə bizi heç kim qaçırtmır. Bu dəfə ailəliyik. Əziyyəti keçənlər çox oldu. Bu işlərə görə yayda istirahət edə bilmədik. Kiməsə görə istirahət edirmiş kimi görünə bilərik. Klip mahnı təqdim etmədik. Yay boyunca bu filmdə çəkildik. Yeni proyektlər hazırladıq. İki ildi yayda dincəlmirik. Üçüncü ildə də dincəlməyəcəyik. Çünki 3-cü film çəkiləcək.”

Yeni  mahnılarınızın belə uğurlu - trenddə olacağını gözləyirdiniz?

“Hansısa işə imza atmadan əvvəl o hissiyat  bizdə güclü olur. O mahnının proqnozunu görürük.  Mashup-da nəyə imza atdığımızı bilirdik. Mashup  seviləcəyini öncədən əmin idik. Mahnı çıxanda həftələrlə trenddə qalacağını əminliklə söyləyirdik. Azərbaycanda 15 gündən artıq trenddə qalan mahnı olmayıb. Heç bir türk serialı bizi vura bilməz(gülür)”
Namiqlə popurimizi hamı Mashup-la səhv salır. Onunla toylarda çox iştirak etdiyimiz üçün popuri yazdırdıq. Əslində mahnı 15 dəqiqəlik idi, qısaldıb 8 dəq. etdik. Bu bizim sırf toy biznesinə aid olan işimizdir. Bunu proyekt  adlandırmırıq. Namiqlə proyektimiz 2019-cu ildə olacaq. Lirik mahnıdı, klip də çəkiləcək. Əminik ki, seviləcək.
İnsan mahnısını isə boşluq olan məqamda təqdim etdik. Telekanallar hamısı istirahətdə idi. Boşluğu doldurmaq üçün çıxartdıq.  İlk gündən dedik ki, hitə çevrilməyəcək, çox baxış yığmayacaq.”


Mashup-da bir neçə mahnıya müraciət olundu. Hansı müğənni tərəfindən mahnısını oxuduğunuz üçün qısqanclıqla rastlaşdınız?

"Qısqanclıq təbii ki həmişə olur. Hamısını çox sevirik, hörmətimiz var. Fikirləşirlər ki, niyə onlardan öncə "mashup"-dan  təqdim etmədik, məndə niyə sevilmədi. Onların heç birini qınamıram. Bizdə yaxşı reklama qaçan yoxdur. Hamı qalmaqal istəyir. Birbaşa partlatmaq istəyir. Yaxşı reklamın xüsusiyyəti odur ki, pillə-pillə artırsan. Qalmaqal olduqda ən az üç gün hamı səndən danışır, saytlar yazır. Əsas odur ki, biz heç kəsin haqqını tapdalamamışıq.Toyunu əlindən almamışıq. Hər bir mahnının müəllifi qeyd olunub. Özümüz də sevərək təqdim etmişik. Təkcə bizim instagram səhifəmiz Azərbaycanda ən çox izlənilən aktiv səhifələrdəndir. Orada hər birinin bizim tərəfdən reklamları oldu. Ayrı-ayrılıqda təşəkkür etdik, amma bunun qarşılığını görmədik. Mahnılarına görə çox sağ olsunlar. Ona görə də onlara heç nə deyə bilmərik."


Aparıcı kimi gündəlik efirdən uzaqlaşdıqdan sonra yada salanların sayı azaldı?

"Təbii ki, azaldı. Bu normal haldır. Gündəlik efir olanda səlahiyyətlər özündə olur. Verliş sənin evindir. İstədiyin qonağı çağıra bilirsən, istəmədiyinə qapını bağlayırsan. Ona görə də hər kəs səninlə münasibət saxlamağa çalışırlar. Heç kim xətrinə dəymir. Toya girəndə hamı yanına qaçır. Verlişdən sonra bunların olmayacağını bilirdik. Biz yenə də heç birindən incimirik. Bunu ona görə edirlər ki, efirə çıxıb reklam qazanıb ailəsinə çörək pulu aparsınlar. Buna da normal baxırıq. Bizim özümüzdə o xasiyyət yoxdur. Bizə kiminsə efirdə olub-olmadığı fərq etmir. Verilişinə çağırsada, yaxud çağırmasa  təşəkkür edəcəm. Onlar efirə həsrət qalan müğənnilərdir. Bu gün hansı efirə gedəcəyimizi özümüz seçirik, hansı müğənni ilə çıxacağımızı da. Tək də çıxmağa özümüz qərar verə bilirik. Heç kim bizi qınamasın. Bu pilləyə gəlib çatmaq üçün  çox əziyyətlərdən keçmişik. Çox aparıcılara, verlişlərin işçilərinə mln dəfə baş əymişik. Hədiyyəsindən tutmuş, hər bir şeyini etmişik. Bu gün seçim bizim əlimizdədir deyə, bəlkədə biz o müğənnilər kimi etmirik. Zamanında isə eləmişik"

Yenidən qayıtmaq fikriniz ola bilər?

"Qətiyyən yoxdur. Bu gün konsertə hazırlaşırıq. Sevaya deyirəm ki, gündəlik efir yoxdu deyə, hər yerə həvəslə hazırlaşırıq. Diqqət edirsən, tamaşaçına hörmət edirsən. Qarşılarında gözəl görünməyə çalışırsan. Bəzən youtube-da Aysunun, Günayın mahnısına qulaq asırıq, ardınca öz mahnımız gəlir. Deyirəm ki, biz o verlişdə nə gündə idik. Çox yorğun,yuxusuz görünürdük. Moskva toyundan səhərə yaxın qayıdıb canlı efirə çıxırdıq. Hazırda heç bir proqrama hörmətsiz yanaşmırıq. Ən vacibi geyim tapa bilmirdik. Gündəlik efir olduğu üçün iki eyni xs ölçüdə paltar olmalı idi. Hazırda rahatdı, ayda bir dəfə çıxırsan."


Balaca Azadla tez-tez paylaşımlarınızı görürük..

"O uşağı 40 gününə kimi görə bilmirdim. Hamı mənə deyirdi ki, onunla nəfəs alacaqsan, inanmırdım. Qardaşından çox onun balasını çox istəyəcəyimi deyirdilər. Mümkün deyil deyirdim. Mənim üçün qardaşım, bacım, anam hər kəsdən üstündür. Deyirdim ki, Azaddan yenə qismət olacaq, bibi olacam. İndi anlayıram ki,səhv etmişəm. Kaş o sözləri deməzdim. O uşaq evdə başqa aləmdir. Hər şeyi unutdurur. Onun gülüşü, qucaqlamağı hər şeyə dəyər. Qalmaqallar, ünvanına deyilən sözlər, atılan daşlar da, çəkdiyin əzab- əziyyət də yaddan çıxır. Tez evə getmək istəyirik ki, onunla oynayaq. Sözlə ifadə edə bilməyəcəyim dərəcədə o uşağı sevirəm."


Bəs öz övladınızı nə vaxt qucağınızda görə biləcəyik?

"Gözlərimi çəkin, doldu. Biz planlaşdıracağıq. Alınacaq, yaxud yox, bu Allahın əlindədir. Nə vaxt qismət olacaqsa, alınacaq. Məndən olsa, bu dəqiqə gəlinlik geyib qaçıb ərə gedərəm(gülür) Hər birimiz istəyirik ki, mükəmməl ailəmiz olsun. Bu gün boşanmaların sayı  o qədər artıb ki, ərə getməyi düşünmürük.
Atam həmişə deyirdi ki, ağ gəlinlikdə evdən çıxırsansa, o evdən kəfənlə çıxa bilərsən. Bizim ailə bu baxımdan çox ciddidir. Anamın əziyyətləri yadıma düşür. O vaxt döyülüb-söyülüb küçədə qalırdılar. Üç uşaqla əziyyət çəkirdilər. Yenə də övladları fikirləşib ailəni dağıtmırdılar. İndi qıza yüngülcə toxundunsa, məni vurdun deyib polisə şikayət edirlər. Boşanma ərizəsi yazırlar. Bunları nəzərə alaraq düşünmək lazımdır."


Bəs ailəni ağıl, yoxsa ürəklə qurmaq lazımdır?

"Ağılla. Ürək ara-sıra zaylayır. Deyirlər ki, Allah sənin ürəyinə görə versin. Ürəklə amin deyən insanları anlamıram. Yaxşı insanın belə ürəyində bir az da olsa, nəsə var. Heç kim ürəklə amin deməsin. Ürəklə heç vaxt hərəkət etmərəm. Bunun sonunda əziyyət çəkə bilərəm. Ağılla ailə quranda yaxşı olur."


Həmin şəxsdə hansı kriteriyalar olmalıdı?

"Bir insan mükəmməl ola bilməz. Mənim də mənfi cəhətlərim var. Bir işi bilirəmsə, digərini bacarmıram. Məndə evə pul qazanmaq, yığmaq, hansısa işə yatırım etmək gözəl alınır. 200 m pulla üç ailəni bir ayda dolandıra bilərəm. Bacıma  - Sevilə 200 versən qəpik görməyəcəksən, amma ev işlərində, yemək hazırlamaq baxımından, qaynana ayaqları yumaq, qəşəng banka qoyur, masaj edir.(gülür) Bu işlərdə idealdır. Mən isə sıfır. Heç nə bacarmıram. Elə bir ideal insan axtarmıram. Əsas ulduzlarımız barışsın."


Tural Hüseyn

Foto/Video: Sübhan İsmayılov




Digər Xəbərlər