"Oqtay şoudan getdi" - FOTO/VIDEO
Ötən axşam "Maşın Şou" -da mübarizəyə start verilib.
Magazinews.Az xəbər verir ki, şounun ilk səsvermə günündə gücünü sınayan Sərxan Kərəmoğlu olub. Aktyor səsvermə ərzində hədəfini açıqlamayıb.
Sərxan verilişdə səs toplasa, hamını şoka salacağını bildirib.
Meyxana ustası Oqtay Kamil isə dəfələrlə hədəfin özü olduğunu bildirərək, Kərəmoğlunu israrla açıq mübarizəyə çağırıb. Qarşı tərəf isə hədəfinin Oqtay olmadığını bildirib və sona qədər ad açıqlamayıb. Şounun sonuna yaxın meyxana ustasının çıxışları zamanı gərgin anlar yaşanıb.
Sonda ilk səsvermədə qalib olan 56.33% səs çoxluğu ilə Sərxan Kərəmoğlu olub. O, "Bura oyundur. Oyunda nə kişilik?" - deyərək, rəqibinin Oqtay olmayacağını bildirsə də, şoudan,məhz onu uzaqlaşdırıb.
Beləliklə, "maşın"-a ilk vida edən Oqtay Kamiloğlu olub.
Meyxanaçı söz alaraq, aktyorun ünvanına kinayəli sözləri ilə yadda qalıb. Oqtayın dediklərinin efirə verilməməsi diqqət çəkib.
O, Murad Dadaşovun Sərxanın ünvanına sən qəhrəman ola bilərdin ifadəsindən sonra, "sən elə həqiqətən də qəhrəmansan. Çalış o kişilik haqda dediyin sözü başqa yerdə işlətmə"-
deyib.
Qeyd edək ki, şou Atv telekanalında hər axşam saat 22:00-da efirdə olur.
"Maşın"- ın 17 -ci buraxılışında qalan iştirakçılar isə bunlardır:
Əməkdar artist Ruhəngiz Allahverdiyeva, aktrisalar Nərgiz Əliyeva, Aysel Nazim, Xəyalə Quliyeva, Aydan Axundova, müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Samir Cavadzadə, Mina Hüseyn, şairə Nazilə Səfərli, reper Ramil Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aparıcı və aktyor Sərxan Kərəmoğlu, aktyor Allahverdi Yolçuyev, vinerler Mənsur Şərif və Taleh Yüzbəyov.
Qeyd: "Saytımızdan hər hansı material götürərkən istinad verilməsi mütləqdir. Admin tərəfindən nəzarət olunur!"
Efirə getməyən sözləri sizə təqdim edirik:
Tural Hüseyn
Şou-Biznes / Video / Manşet
15-12 11:57
Digər Xəbərlər
Şou-Biznes / Manşet
07-10 16:30