"Ruhəngiz getdi, Nazilə özünü sınadı" - FOTOLAR
"Hind kinosu" adlanan "maşın"-nın ikinci səsvermə günündə bu dəfə ən çox şəkli çıxan iştirakçı Nazilə Səfərli olub.
Magazinews.Az -ın məlumatına görə, sosial şəbəkələrdə maşından təsadüfən əlini çəkməsi müzakirə mövzusu olan Əməkdar artist Ruhəngiz Allahverdiyeva şoudan uzaqlaşdırılıb.
Səsverməyə çıxan Nazilə Səfərli tamaşaçılarından səs istəyərək qalib gələcəyi təqdirdə, şoudan daha bir nəfəri kənarlaşdıracağını bildirib. İlk hədəf Allahverdi Yolçuyev olsa da, Səfərli anasının onun şouda qalmasını istəməsi üzərinə fikrini dəyişdiyini söylədi.
Efir zamanı yadda qalan məqamlardan biri də verlişə qonaq qismində gələn rəqqasə Fatimə Fətəliyevanın Nazilə Səfərli ilə barışması olub. O, Səfərli üçün səs istəyib: "Hamı küsülü olduğumuzu düşünsə də, ona dəstək olmağa gəldim" deyib.
Sonda 50.72 % səs toplayan mübarizədə özünü Anakonda adlandıran şairə şoudan heç kimi çıxartmayıb.
Qeyd edək ki, şou Atv telekanalında hər axşam saat 22:00-da efirdə olur.
Şouya davam edən 16 iştirakçının siyahısını təqdim edirik:
Aktrisalar Nərgiz Əliyeva, Aysel Nazim, Xəyalə Quliyeva, Aydan Axundova, müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Samir Cavadzadə, Mina Hüseyn, şairə Nazilə Səfərli, reper Ramil Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aparıcı və aktyor Sərxan Kərəmoğlu, aktyor Allahverdi Yolçuyev, vinerler Mənsur Şərif və Taleh Yüzbəyov.
(Tural Hüseyn)
Şou-Biznes / Manşet / Maraqlı
16-12 13:51
Digər Xəbərlər
Şou-Biznes / Manşet
03-10 09:23
Şou-Biznes / Manşet
02-10 16:20