Puqaçovanın borc içində batan nəvəsi AXTARIŞA VERİLDİ - FOTO

14-11-2023, 20:36
A+
A-


Alla Puqaçovanın nəvəsi Nikita Presnyakov və həyat yoldaşı külli miqdarda borca görə axtarışa verilib.

Publika.az xəbər verir ki, bu barədə "Shot Telegram" kanalı məlumat yayıb .

Belə ki, kanalın məlumatına görə, Nikita dövlət müqavilələrini yerinə yetirən küçə idman avadanlıqlarının distribyutoru "Niko Sport"un köməyi ilə Rusiyada pul qazanmağa davam edir.

2022-ci ildə "Niko Sport"un gəlirinin 10,5 milyon rubl olduğu iddia edilir. Eyni zamanda, Presnyakovun həyat yoldaşı Federal Vergi Xidmətinə 80 min rubl məbləğində pul borcludur. Məlumata görə, axtarışa səbəb şirkətdə qeydiyyatda olan və iki il ərzində 60 min rubl məbləğində cərimə alan avtomobil olub.