08:33 Sevgi̇ i̇lə dəli̇li̇yi̇n bi̇rləşməsi̇ndən yaranmış möhtəşəm cütlük  |     15:10 Dünya rekordçusu Alov Qüllələrini fəth etdi: Bakıdakı tarixi sleklayn hadisəsi - FOTO/VİDEO  |     09:18 Akademik Musiqili Teatr yeni mövsümə başladı - FOTO  |     14:17 CineMastercard kinoteatrında “Qarğa” mistik trillerin premyeradan öncə nümayişi baş tutub - VİDEO - FOTO  |     19:51 "Cütlüklər evlənmədən öncə eyni evdə..." - VİDEO  |     16:25 Yağlı dirək yarışının qalibləri müəyyənləşdi - FOTOlar  |     12:27 CineMastercard kinoteatrında “Milli Mətbuat Günü”  |     20:20 Qurban Qurbanovun görüntüləri marağa səbəb oldu - VİDEO  |     19:00 Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatra təşəkkür etdi - FOTO  |     11:10 CineMastercard kinoteatrında “Yaramaz Mən 4” cizgi filmi nümayişi ilə uşaq bayramı keçirildi - VİDEO - FOTO  |     18:11 İyulun 21-də Nərəkənd parkında Red Bull Yağlı Dirək yarışı keçiriləcək  |     19:35 CineMastercard kinoteatrlarında “Emanet” Türk filmi - VİDEO  |     16:05 CineMastercard Barselonada keçirilən CineEurope sərgisində iştirak edib - FOTO  |     18:15 Bakıda maraqlı "evlilik təklifi" - VİDEO  |     22:32 Qədim tarix, müxtəlif dad, əsl ləzzət  |     16:31 Efirdə aparıcı ilə ekspert arasında GƏRGİNLİK - VİDEO  |     17:55 Mahir Emrelinin anası ilə rəqsi GÜNDƏM OLDU - VİDEO  |     12:32 Akademik Musiqili Teatrda “Premyeralar paradı” olacaq - VİDEO  |     15:53 “CineMastercard” Şamaxı şəhərində açıq havada filmlərin nümayişini keçirir - FOTO  |     08:18 “Red Bull Car Park Drift” yarışının qalibi müəyyənləşdi - FOTO  |    

"İnsanlar mənə baxanda zövq alıram" - Hüquqşünas Güllü necə topmodel oldu? - FOTO


Ölkəmizdə tez-tez model və gözəllik yarışlarının keçirilməsi davam edir.

Bir neçə ay əvvəl "Top Model Miss Azerbaijan" müsabiqəsinin qalibi olmuş Güllü Əhmədova kariyerasında yaşadığı çətinlikdən danışıb.

Milli.Az müsabiqənin qalibi ilə olan müsahibəni sizə təqdim edir:

-  Güllü xanım, əvvəlcə sizi yaxından tanıyaq.

- Mən Güllü Əhmədova. 30 yaşım var.Bakıda anadan olmuşam. 2 ali təhsilim var: biri hüquq digəri isə filologiyadır. Eyni zamanda incəsənət kollecini bitirmişəm. Demək olar ki, bu yaşıma qədər bütün illərimi oxumağa ayırmışam . Son 6 ildirki modelliklə məşğulam.

-Bəs necə oldu ki, hüquq təhsilinizi davam etdirmədiz?

Mən əslində, heç ciddi işləri sevmirəm. Mənimki ancaq şoudur. Amma fikrimcə hüquq bütün insanlara lazımdır.

Elə oxuduğum illərdə modelliklə məşğul olmağa başladım. Və onda başa düşdüm ki, mən səhnəni sevirəm. Mən bura aidəm. İnsanlar mənə baxanda ləzzət alıram. Kamera qarşısında tamam fərqli insan oluram. İstəyirəmki məni çəksinlər. Bu uşaqlıqdan mənim xəyalım olub.

Lakin böyüdükcə mentalitet araya girdi. Və atam- anam mənim model olmağıma əngəl oldu. Düzdür, onlar müasirdir amma  "camaat nə deyər" düşüncəsi ilə hərəkət edirlər. Və mən onlara görə həyatımdan səhnəni sildim.

Oxuduğum illərdə bir təklif gəldi mənə, klipə çəkildim. Daha sonra evdə bu klipə görə söz-söhbət yaşandı. Bu səfər tamamilə üz döndərdim bu sənətdən. Elə bildim bu məndə alınmayacaq.

Amma təhsilimi davam etdirdikcə başa düşdüm ki mən bu deyiləm. Bu "Özüm" deyil.

-Bəs sizi motivasiya edən məqam nə oldu yenidən model olmaq üçün?

-Şəxsi problemim oldu, danışmaq istəmirəm bu barədə. Onda başa düşdüm ki mən təkəm. O zaman nə qohumum nə də dostum, heç kim yanımda olmadı. Bax elə onda bildim ki, heç kim xəyallarımı silməyə layiq deyil. Çox insan məni tanımadı bu hadisədən sonra. Atam belə soruşurdu - "sənsən, bu?".

Bu hadisədən sonra tamamilə özümü bu işə həsr etdim. Yarışmalara qatıldım, çoxunda da yer tutdum.Bir növ özümü təsdiqləyirdim hamıya.

- Bu yaxınlarda keçirilən gözəllik müsabiqəsinin qalibi olmusunuz. Gözləyirdinizmi bunu? Ümumiyyətlə,sizcə, hansı xüsusiyyətlərinizə görə qalib gəldiniz?

-Əli Rzayevin təşkil etdiyi yarışmaya qatılmışdım, orda üç aylıq hazırlıqdan sonra final yarışı oldu. Finalda birinci yerə layiq görüldüm. Ciddi yanaşmışdım bu yarışa. Son ana qədər həyəcanım getmirdi. Bir də münsiflərə inanırdım.Onlar çox təcrübəli şəxslər idi.

- Gözəlliyiniz sizin üçün nə zaman problemə çevrilir?

-Hər zaman problem olub bu mənim üçün. Çalışmışamki gecələr xüsusilə tək çölə çıxmayım, bu mənim üçün problemə çevrilir.

Məsələn, bu yaxınlarda  bir məkana getmişdik . O məkanda hamı kimi oynayıb - əylənirdik. Və elə bir hadisə baş verdi ki, şoka düşdüm. Digər masadan oğlanlar mənə gül göndərdilər. Təbii ki, mən də götürmədim. Çünki mən ora istirahət etməyə gəlmişəm, tanışlığa yox. Bir saat sonra yenə gül göndərdilər. Mən isə bu səfər gülü götürdüm. Çünki gülü verən xanım bunun bir cütlüyün hədiyyəsi olduğunu dedi. O biri oğlan da bunu gördü. Prinsipə düşdü ki, niyə onun gülünü götürmədim digər gülü götürdüm.

Kobud rəftarla üstümə gəldi. Əsəbləşdim Təbii ki , belə bir hadisə başıma gəlməyib deyə bilmədim nə reaksiya verim. Cibindən pul çıxartdı ki, bilirsən mənim nə qədər pulum var?

Oğlan məni qucaqlamağa çalışdı . Mühafizə çağırdıq.

Onu məndən ayırdılar amma o baxmağa davam edirdi. Təbii ki, mən də narahat oldum, məkandan qalxmaq məcburiyyətində qaldım. Bu kimi problemlər çox yaşayıram.Getdiyim bütün məkanlarda demək olar ki, bu başıma gəlir.

- Gələcək planlarınız və arzularınızı eşidək.

- Gələcək planım Azərbaycanda da etməkdir. Artıq sırf bu sənətin bizim ölkəmizdə inkişaf etməsini istəyirəm. Mentalitetləri məhv edib bu yolda irəliləmək istəyən qızlar üçün çalışmaq istəyirəm. Düşünürəm ki, mən bunu bacaracağam.




Digər Xəbərlər