18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |    

“Akvamen” primyeradan 3 gün öncə “CinemaPlus”-da" - FOTO/VIDEO


“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Dolby Atmos formatında fantastik ekşn janrında olan “Akvamen” filminin premyeradan 3 gün öncə nümayişi keçirilib.

Magazinews.Az-ın məlumatına görə, tədbirə məşhur stilist Nata İsmaylova tərəfindən filmin baş qəhramanı kimi qrim olunan fotograf Eyyub Qurbanov (El Lobo) dəvət olunub. Tədbir iştirakçıları böyük həvəslə onunla şəkil çəkdirirdilər.

Həmin gecə kinoteatra qonaq qismində şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqer və böyük təşkilat rəhbərləri dəvət almışdırlar. Filmə olan böyük maraq kinoteatrın ən böyük zalında boş yerlərin olmamasına səbəb oldu.

“Akvamen” DC genişlənmiş bəşəriyyətin sayca altıncı filmi olmuşdur. “Akvamen”dən ayrılmağın mümkün olmamağının əsas səbəblərindən biri - sualtı dünyadır. Onun yaradılması üzərində vizual effektlər üzrə ixtisaslaşmış bir neçə şirkət işləyib və nəticə həqiqətəndə təsirli olmuşdur.

Filmdə baş rolu – havayalı, “Taxt oyunları” filmində Kxala Droqonu və “Konan-barbar” filmində Konan rolununda çəkilmiş müasir dövrün ən brutal aktyorlarından olan Ceyson Momoa oynamışdır. Bütün həyatının məhəbbəti - kürənsaçlı Meranı Ember Herda oynamışdır. Nikol Kidman Akvamenin anası Atlannanı oynayıb. Uillyem Defo baş qəhrəmanın müəllimidir. Dolf Lundqren isə Akvamenin gələcək qayınatası şah Nereusu oynayıb.

Filmin rejissoru “Mişar”, “Astral”, “Cadu” filmləri və həmçinin “Forsaj” franşizəsinin yeddinci seriyası ilə məşhur olan Ceyms Vandır.

Film haqqında qısa olaraq deyə bilərik ki, Artur Karri mayak işçisi Tom Karri və Atlanna adlı qadının oğludur. Artur artıq yeniyetmə yaşlarında inanılmaz güc və sürət sərgiləyir, həmçinin su altında nəfəs almaq və balıqlarla danışa bilmək bacarıqlarını sərgiləyirdi. Ölüm ayağında ikən Atlanna oğluna həqiqəti danışır: o, bir zamanlar sürgün olunmuş Atlantida Kraliçası idi və Arturun bir gün yeddi dənizin hökmdarı olacağına vəd verib. Atası ona təhsil verir və bacarıqları idarə etməyi öyrədir, bu isə onun Akavmen adlı qəhrəmana çevrilməsi ilə nəticələnir.

Tədbirin təşkilində dəstək olmuşdular: Red Bull, «Azeri Express» kuryer xidməti, Ganja Sharab, Paco Rabanne və Ideal Perfumery&Cosmetics parfumeriya və kosmetika mağazalar şəbəkəsi.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.




Digər Xəbərlər