“Maşın”-ın pərdə arxası məqamları” – FOTO/VIDEO
"Maşın" şounun iştirakçıları media nümayəndələri ilə görüşüb. Onlar ünvanlanan sualları cavablandırıblar.
Magazinews.Az xəbər verir ki, iştirakçılar yarışma barədə fikirlərini bölüşüblər.
Şou iştirakçılarının açıqlamalarını təqdim edirik:
İlk olaraq Dilarə Kazımova qalmaqal istəməmələrindən danışıb:
"Dava etmirik, qışqırmırıq, oyunumuzu oynayırıq. 7 saat maşın arxasında dayanırıq. Ən sakit "Maşın" şoudur. Biz mehribanıq. Mənə oyun maraqlıdır. Böyük təcrübədir. Eyni adamlarla 24 saat ünsiyyətdə olursan. Telefon da yoxdur, hər şeydən təcrid olunmuşuq. Təkcə buradakı kişi söhbətlərindən bezmişik. “Kişi qızı”, “Kişi kimi” sözlərindən çox istifadə olunur. Kimi nə narahat edirsə, ondan danışır. Düşünürəm ki, kişi adam deməməlidir ki, mən kişiyəm. Bu söhbətlərdən boğaza yığılmışıq.”
Ranar Musayev “maşın”- da üzləşdiyi çətinliklər barədə fikrlərini bölüşüb:
“Hələki heç bir halda maşından əlimizi çəkmərik. Burada durmaq asan deyil. Səhər tezdən oyanmalısan, səhər yeməyini yeməlisən, mütləq hazırlaşıb oteli tərk etməlisən və s. Mən heç vaxt bu rejimlə yaşamamışam. Şou qalmaqal istəsəydi, mənim sosial şəbəkədəki "səviyyəsizliyə stop" kampaniyama görə bura çağırmazdılar. Dava yoxdursa, bu şounun zəif olması demək deyil. Biz burada Murad Dadaşovla heç bir əlaqədə olmuruq. Qrim otağında hazırlaşamdan sonra oranı boşaltmalıyıq ki, Murad müəllim gəlsin."
Ramil Nabran ötən oyunun iştirakçıları olan Roza Zərgərli və Hüseyn Əzizoğluna ismarıc yollayıb:
"Öncəki "Maşın"-da "mama-papa", şəxsiyyət söhbətləri olurdu. Çalışırıq ki, MTRŞ bizi danlamasın, efir mədəniyyətini qoruyaq. Düzdü bəzən bu, mənimlə Sərxan arasında alınmır"
Səmra Rəhimli də şou ilə bağlı təəsüratlarını bölüşüb:
"İzləyici kimi baxanda çətinlikləri bilmək olmur. Burada 6-7 saat dayanırıq. İnsanları daha yaxından tanıyırsan. Bir gün isə bir aya bərabərdir"
Şounun cazibədar xanım iştirakçıları Səmra Rəhimli və Dilarə Kazımova oyunlarından çox geyimlərinin gündəmə gəlməsindən narahat olmadığını da bildiriblər:
Dilarə "Bu da lazımdır. Hər kəs bir şeylə yadda qalır. Biz qışqırmırıq, oyun oynayırıq. Biz o qədər insanı yola salmışıqsa, deməli, oyunumuzu oynayırıq.”
Səmra isə "Biz geyimlərimizlə kiminsə diqqətini çəkmişik demək" –deyə açıqlama verib.
Şounun ən qalmaqallı iştirakçısı Sərxan Kərəmoğlu oyundan uzaqlaşdırdığı Taleh Yüzbəyovdan danışıb:
"Hər dəfə səs istəyə bilmərəm. Xalqa nə vermişəm ki, ondan səs istəyim? Onu gözəl yola saldım. Oyun oynayanları sevir, oynamayanları yox. Mənsur da müsbət xarakter idi amma oyunçu deyildi. WIFI-dan istifadə edənləri qınamadım, təhqir etmədim. Mən də hansısa restoranda olanda WIFI-dan istifadə edirəm. Mənsurla mübarizədə küçə mədəniyyəti ilə televiziya mədəniyyətinin mübarizəsi getdi. Televiziya mədəniyyəti qalib gəldi. O, məni hədəf göstərməsəydi, indi oyunda idi."
Kərəmoğlu sosial şəbəkələrdə yayılan söz-söhbətlərə fikir bildirib:
“Mən bu oyunda heç kimə güvənmirəm, arxamda heç kəs yoxdur. Yalan deyirdimsə, Murad Dadaşov ev kirayəsini vermək üçün övladıma 300 dollar göndərməzdi. Sponsorum olsaydı, bu gün şouya belə canımı qoymazdım. Mənim reklama ehtiyacım yoxdur.”
Aparıcı Ranar Musayev məsələyə özünəməxsus yanaşıb:
“Televiziyanı da bu dəqiqə çox mədəniyyətli adlandırmaq olmaz. Artıq küçə ilə televiziya arasında heç bir fərq qalmayıb. Artıq xəyanətə görə saçı kəsilən qızlara “əcəb olub” deyirlər. Ona görə, “Maşın” şou haqqında sosial şəbəkələrdə artıq nəsə rəy yazırlarsa, normal qarşılamaq lazımdır. Narahat olmağa dəyməz.”
Xəyalə Quliyeva isə oyundan kənarlaşdırdığı Nazilə Səfərlinin instaqramda paylaşımına münasibət bildirib:
“Mən sözümü ona demişəm. Dedim ki, "getsin"-ə səs istə. Onu çıxarmaq fikrim yox idi, oyun zamanı belə bir qərara gəldim. Biz onu mehribanlıqla yola saldıq, güclü rəqib idi.”
Xose Bernardo isə mətbuatda yazıldığı kimi N. Səfərlinin onu “hormonsuz” adlandırmasına cavab verib. Həmin sözü isə özünə götürmədiyini deyib:
“Hormonsuz nə deməkdir? O söz mənə aid deyil. Hormonumda problem yoxdur. Dəqiq mənimlə əlaqəsi yoxdur. Xəyalə Quliyevanın da qalmasına sevindim. Nazilə xanımın getməyi barədə oyun qurmamışdım.Sadəcə Xəyalənin səsverməyə çıxmasına şərait yaratmışam. Kadrlarda gülmüş ola bilərəm. Bu, Nazilə xanımın təkəbbürünə cavab idi.”
Tural Hüseyn
Foto/Video: Zaur Hacıyev
Şou-Biznes / Müsahibə / Video / Manşet / Maraqlı
26-12 13:04
Digər Xəbərlər
Şou-Biznes / Manşet
03-10 09:23
Şou-Biznes / Manşet
02-10 16:20