“Finalçılar məlum oldu” – FOTO/VIDEO

28-12-2018, 14:07
A+
A-

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın” realiti şousunun 17-ci sürətində artıq finala qalan iştirakçılar məlum olub.

Magazinews.Az xəbər verir ki, finala bir addım qalmış ilk dəfə səsverməyə çıxan aparıcı Ranar Musayev olub. Aparıcı Səmra Rəhimli ilə dost olduğunu deyib. Ona görə hədəfinin ya Xəyalə Quliyeva, ya da Sərxan Kərəmoğlunu olacağını bildirib. 

Sonda 79,74 faiz səslə Ranar Musayev finalda mübarizə aparmaq haqqı qazanıb. O şoudan Sərxan Kərəmoğlunu kənarlaşdırıb.

Bununla da, finala qalan iştirakçılar məlum olub. Səmra Rəhimli, Ranar Musayev və Xəyalə Quliyeva maşın uğrunda gərgin mübarizə aparacaqlar.

Qeyd edək ki, şou Atv tele-kanalında hər axşam saat 22:00-da efirdə olur.

Tural Hüseyn