13:16 “FC 25” 2v2 üzrə PS5 turniri ilk dəfə Bakıda! - FOTO  |     13:08 Prezidentdən Arif Babayevlə bağlı sərəncam  |     16:03 “Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO  |     16:00 Wings for Life World Run 2025: Azərbaycan dünyanın ən böyük qaçış tədbirinin bir hissəsi oldu - FOTO  |     14:00 Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib - FOTO  |     12:55 Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək - FOTO  |     19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |    

“Əfsanə qayıdır”-da yaşananlar” – FOTO-VIDEO


Daha bir komediya janrında olan filmi “Əfsanə qayıdır”-ın təqdimatı baş tutub. 

Magazinews.Az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan gecədə tanınmış sənət və şou-biznes nümayəndələri qonaq qismində iştirak ediblər. Ekran işində Əməkdar artistlər Dilarə Əliyeva, Elxan Yunis, aktyorlar Fərda Amin, Nicat Rəhimov, Ülfət Bəşir və başqaları yer alıb.
Təqdimata ekran işinin yaradıcı və aktyor heyəti qatılıb. Onlar qırmızı xalıdan keçərək media nümayəndələrinin filmləri barədə suallarını cavablandırıblar. 

Filmdə qısqanc qadın obrazını canlandıran D.Əliyeva yaratdığı obrazından danışıb: 

“Filmdə Əfsanə obrazını canlandırıram. Həyat yoldaşımı isə Əməkdar artist Elxan Yunis oynayıb. Obrazıma gəldikdə isə, Əfsanə varlı ərini qısqanan, daim onun şəxsi həyatında nə isə axtaran və tez-tez gülməli hadisələrlə rastlaşan bir xanımdır. Mənəvi baxımdan kasıb olan obrazım adicə brilyantlarını yatanda da çıxartmır. Çəkilişlərimiz həm Qubada, həm də Bakıda olub. Ssenari gözəl olanda, biz də həvəslə oynayırıq. Tamaşaçıların bu obrazımı da bəyənəcəyinə ümid edirəm.”

Təqdimata dekolteli geyimi ilə damğa vuran aktrisa Ülfət Bəşirin çəkiliş zamanı kaskadyordan imtina edib ikinici mərtəbədən özünün atlanması ona xəsarət almağa başa gəlib:

“Bir çox film təklifini geri çevirmişəm. Bu işi Emil Abdullayevin adı olduğuna görə məmnuniyyətlə razılıq verdim. Onun işlərinə bələdəm. Çəkilişlərimiz isə olduqca maraqlı oldu.”

Qeyd edək ki, filmin rejissoru Emil Abdullayev, senari müəllifi Fariz Əliyevdir.


Tural Hüseyn



Digər Xəbərlər