“Maşın”-nın qalibi rəsmən açıqlandı” - VIDEO

1-01-2019, 01:49
A+
A-

"Maşın" uğrunda 18 günlük mübarizəyə son qoyuldu.

Magazinews.Az xəbər verir ki, “Maşın reality şou”-nun 17-ci sürətinin bağlanış mərasimi olub. Şouya dəvət alanlar sırasında keçmiş iştirakçılar və qonaq sənətçilər olub.

Verlişin sonunda şounun qalibinin adı açıqlanıb və avtomobilin açarı ona təqdim olunub.
Gərgin mübarizədə ən sona qalan iştirakçı Xəyalə Quliyeva olub. Tərəflər bir-birinə psixoloji təsir göstərsələr də, əsəbləri daha möhkəm olan xanım iştirakçı olub.

Bununla da aktrisa aparıcı Ranar Musayevlə mübarizədən qalib ayrılaraq “maşın”-ı əldə edib.

Qalibin müəyyənləşdiyi video görüntüləri təqdim edirik:

 
Tural Hüseyn