"Murat Bozun Bakı konsertində nələr yaşandı?" - FOTO/VIDEO

22-12-2018, 15:07
A+
A-

"Bakı Konqres Mərkəzi"-də Türkiyəli pop ulduz Murat Bozun solo konserti baş tutub.

Magazinews.Az xəbər verir ki, anşlaqla keçən konsertdə müğənni canlı ifaları ilə zövqləri oxşayıb. O, gecədə ardıcıl olaraq hitlərini səsləndirib.

Konsertində tamaşaçılarla tez-tez dialoqa girən ulduz səmimi davranışları və zarafatları ilə diqqət çəkib. Murat konsert zamanı səhnədən tamaşaçıların yanına da enib. 
Murad adlı fanatı olan oğlanı səhnəyə dəvət edərək, onunla birgə "Adını yazdım" -adlı mahnınısını duet oxuyub. O, hətta Muradı Türkiyəyə aparacağını deyib.

Beləliklə, pop starın paytaxt konserti böyük coşqu ilə qarşılanıb. 
Sənətçi -"Sizə qurban olum. Burada özümü yad hiss etmirəm" deyərək, tamaşaçılarla sağollaşıb.

Qeyd edək ki, 3 saata yaxın davam edən konsertin aparıcılığı Cavid Gülə həvalə edilmişdi.


Tural Hüseyn 

Foto/Video:Zaur Hacıyev