"Anam xatirələrimi zibilliyə atdı" - KORAY AVCI

7-01-2019, 14:50
A+
A-

Bu sözləri Türkiyənin son zamanlar ulduzu parlayan müğənnisi Koray Avcı deyib.

Magazinews.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Koray Avcı maraqlı açıqlaması ilə yadda qalıb.

O, "İllərdir ki, səhnəyə çıxdığım yerlərdə istək mahnıların yazılı olduğu kağız parçalarını xatirəsi var deyə, saxlayırdım. Anam təmizlik edərkən, bunlar lazımsız şeylərdir deyərək zibilliyə atıb.
Xatirələrimin hamısı bir anda getdi" -deyə, açıqlama verib.