18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |    

“Onun ürəyini bilirəm” - Sərkan Kaya - FOTO/VIDEO


Ötən gün Türkiyənin ən məşhur arabesk musiqi ifaçılarından olan Serkan Kayanın konsert proqramı keçirilib. Gecə paytaxt restoranlarının birində baş tutub.

Magazinews.Az xəbər verir ki, Sərkan Kaya konsert öncəsi kulisdə media nümayəndələrinin suallarını cavablandırıb. O, Bakıda olmaqdan duyduğu sevinc hissini gizlətməyib:

“Sizinlə bərabər olmaqdan çox xoşbəxtəm. Gözəl bir gecə olacağına inanıram. Azərbaycan bizim üçün çox dəyərlidir. Köhnə yeni ildə burdayıq. Hamımız üçün gözəl il olmağını arzulayıram. Bu ilin ilk konsertini Azərbaycanda edirik. Siz də mənə şans gətirərsiniz. Hər il bir albom çıxardıram. 2019-da boş dayanmayacam. Tənbəlliyi sevən biri deyiləm. Yeni albomlar, kliplər, konsertlər üçün çalışacam. Şəhəri gəzmə imkanımız olmadı, amma 2 il əvvəl burda açılışa gəlmişdim. Mini konsert vermişdim. 2-3 gün Bakıda qalmışdım. Gəzdim və çox bəyəndim. Bakı çox inkişaf etmiş şəhərdir.
Azərbaycanlı musiqiçilərlə ortaq layihə də edə bilərik. Sizin müğənniləri dinləmişəm. Onlara qulaq asaraq özümüzü inkişaf etdirmişik. Hər birinə hörmətim sonszudur. Mən səhnəmi qiymətli səslərlə sevərək bölüşərəm. Türkiyə, Azərbaycan, yaxud başqa ölkədə ola bilər. Dünyada musiqi üzrə Azərbaycanla Türkiyə seçilir. Bu gün səhnəni azəri sənətçi dostlarla paylaşmaqdan qürür duyaram. Türkiyədə çox məşhur olmuş 20-30 mahnım var. Ancaq sizdə “zor bela” mahnımı daha çox sevirlər. Ona görə bu gün o mahnınını oxumayacam(gülür) Bu gün mahnını iki dəfə oxuya bilərəm. Sözü-musiqisi mənə aid olan mahnıdır. Hətta həmin gün üç mahnı yazmışdım. Onlardan biri bu mahnı idi. Mənim üçün də çox dəyərlidir.

Kaya Türkiyədə adı qalmaqalda hallanan Nur Yerlitaş barədə suala da şərh verib:

“O, mənim dostumdur. Moda sahəsində Türkiyə sərhədlərini aşan şöhrəti var. Onunla münasibətimi kəsəcək səbəb görmürəm. Bir mövzuda yalnış anlaşıldı. Mən onun ürəyini bilirəm. O sözü yalnışlıqla dediyini bildiyim üçün arxasında durdum. Dövlət məhkəməsində onun bu mövzuda günahkar olmadığını bildirildi.”

Səhnəyə çıxan gecənin səbəbkarı ilk olaraq tamaşaçıları salamlayıb. Daha sonra ifasında sevilən mahnılarını səsləndirərək sevənlərinə musiqi dolu anlar bəxş edib. Konsertə gələnlər müğənnin mahnılarının sədaları altında bolluca rəqs ediblər.

Qeyd edək ki, konsert proqramı "Nevzemin Production" və "Can Media Group" tərəfindən təşkil olunub. İfaçını Bakıya tanınmış Türkiyəli təşkilatçı və musiqi meneceri Kemal Aslan gətirib. O, “Film Menecerlik və Musiqi Təşkilatçılıq şirkəti”-nin qurucusudur. Konsertin meneceri isə Vəfa Vaqifqızıdır. 
Gecənin aparıcılığı Aysel Nazim və Ürfan Məmmədliyə həvalə edilmişdi.

Magazinews.Az gecədən olan foto və video süjeti təqdim edir:


Tural Hüseyn

Foto/Video: Sübhan İsmayılov





Digər Xəbərlər