“Şouda iki nəfəri tanıdığım üçün çox peşmanam” - Nərgiz Əliyeva

24-12-2018, 15:17
A+
A-

“İnsanları tanımaq üçün böyük məktəb oldu” – bu sözləri Magazinews.Az-a müsahibəsində “Maşın” realiti şousunda apardığı mübarizəsi ilə yadda qalan iştirakçılardan olan aktrisa Nərgiz Əliyeva deyib.

Aktrisanın müsahibəsini təqdim edirik:

Övladın yanındadır. Qayğıkeş anasan hər zaman nəzarətindədir. Sənətinin davamçısı görmək istəyirsən?

“Əslində qızım aktrisa olmaq istəyir, ancaq icazə vermirəm. Olmaz! Bu sahədə olmağını istəmirəm. Özüm 3-4 ildir ki, fəaliyyət göstərirəm. Qızım çox savadlıdır. İstəmirəm ki, savadını bu işə xərcləsin.”

“Maşın” şouda iştirak elədiyin üçün peşman deyilsən?

“Peşman deyiləm. Yaxşı ki, iştirak etdim. Yeni dostlar qazandım. Ora mənə insanları tanımaq üçün böyük məktəb oldu.”
Kimləri tanıdığın üçün xoşbəxt, yaxud peşman oldun?
“Şouda iki nəfəri tanıdığım üçün çox peşmanam. Onlardan biri çıxartmaq istədiklərimdən idi. O birinin adını çəkmək istəmirəm. Qalanlarını tanımağıma şadam.”

Şoudan sonra arxanca iş görənlər barədə məlumatın oldu?

“Düzünü desəm, arxamca iş çevirənlər olmadı. Bir-birinə dost deyirdilər, amma arxada danışıb iş çevirirdilər. Maşında bir gün artıq qalmağa görə belə edirdilər. Görürdüm ki, oyun getdikcə murdarlaşır. Nə qədər tez çıxsaydım, o qədər yaxşı idi. Həm də qızım üçün çox darıxırdım.”

Təmiz oyun apardığını qeyd elədin. Bəs özün kimi təmiz oyun apardığına inandığın və dəstəklədiyin iştirakçılar kimdir ?

“Mənsur Şərifov təmiz oyun apardı deyə, çıxartdılar onu. İştirakçılara tövsiyyəm olardı ki, kimi çıxartmaq istədiklərini, hədəflərini deməsinlər. Nə qədər düz olursan ol, bizdə keçmir. Mən dürüst-düz oldum, çıxartdılar atdılar bayıra.(gülür)“

Sənə görə şouda gedişatı idarə edənlər Sərxan və Nazilədir?

“Heç kim idarə eləmir. Hamı özünü idarə etmək istəyir. Kənardan elə görünür ki, Sərxanla Nazilənin oranın başçısıdır. Sərxanla Nazilə orda heç kimdir.“

Yenidən yaradıcılığına köklənəcəksən yəqin ki..

“Birinci gündən serial çəkilişindəyəm. Şouda beş-altı gün çox yoruldum. Həm ayaq üstə durmaq həm də yuxu pozğunluğum oldu. Bir neçə gün istirahət etdim. Rəfiqəmin də qala gecəsidir. Burada olmalıyam.”


“Məhur gəlin”-dən sonra yeni filmdə görə biləcəyik səni?

“Rejissor Şain Qəhrəmanla may-iyun aylarında yeni filmin çəkilişlərinə başlayırıq. Hazırlıq işləri gedir. Komediya janrında olacaq. Bizdə dram filmi özünə çox da yer tuta bilmir. Ona görə də ağlımızda iki-üç komediya filmi var”.


Tural Hüseyn  

Fotolar: Sübhan İsmayılov