“Bu səhnəni çəkdirməkdən ötrü 9 il gözlədim”- Kərim - FOTO/VİDEO

22-02-2019, 10:32
A+
A-

“Həyatda belə bir şey baş versə, halallıq vermirəm dedi”- bu sözləri çəkdirdiyi yeni klipinin təqdimatında müğənni Kərim Abasov saytımıza müsahibəsində deyib.

O, yeni “Ləkə” adlı mahnısına olan klipini təqdim edib.

Magazinews.Az xəbər verir ki, media nümayəndələrinə başına toplayan sənətçi bir müddət əvvəl sosial medianın gündəminə bomba kimi düşən rəqqasə Renka ilə yataq görüntülərinin yer aldığı klipi işıq üzünə çıxarıb. Rejissorluğu Nicat Zeynallıya aid olan ekran işində Kərim sevgi həsrəti çəkən gəncin obrazını canlandırıb.

Klipindən ağız dolusu danışan müğənni Magazinews.Az-ın kamerası önünə keçərək iddalı açıqlamalar verib.

“Mahnının bəstəkarı İsmayıl Əliyevdir. Bu mahnıda 5 il gözüm qalmışdı. Rejissorumuz Nicat Zeynallı mahnıda olan hər bir kəlməyə uyğun səhnə tərtib etdi. Klipimizin tizeri triller kimi çəkildi. Ona baxan insanlar klipdə nələr olacağını izləmək istəyəcək. Çəkiliş zamanı menecerim həmin anları telefonla çəkirdi. Özüm paylaşsam, ayıb olardı. Bu klipin piarı idi. İş təqdim olunmadan öncəmi reklamı olmalıdır. Bəziləri ailə dağıtmağa yozdular. Klipdə pis heç nə yoxdur. İki sevib ayrılan insanın həyatını göstərmişik. Kişi ilə qadın həyatda sevgili olmaq üçün yaranıb. Renka aramızda heç nə yoxdur. Əgər varsa, kimə nə? Mənim gül kimi ailəm var. Mənim sevgilim də, həyatım da, dostum da ailəmdir. Yaşama səbəbim onlardır. O dedi-qodular vecimə deyil. Həyatda necə yaşadığımı bilirəm. Düz, ya əyri, bu mənə məxsusdur. Bu dəxlisiz fikrlər əsassızdır. 9 ildir ailəliyəm. Belə bir səhnəni çəkdirməkdən ötrü 9 il gözlədim. Ailəyə məxsus hərəkətlər varsa, onun halallığını mütləq almalısan. “Sənət üçün edirsənsə, normaldır. Əgər həyatda belə bir şey baş versə, halallıq vermirəm deyib” , məni yola saldı. Allah bilib məni niyə Azərbaycanda yaradıb. Avropada, yaxud elə yaxın Türkiyədə mən elə oyunlar çıxardardım ki.. Hələ mən Azərbaycanda olduğuma görə bir az çərçivələr məni sıxır. Bu gündən sonra çərçivələrə əhəmiyyət verən deyiləm. Ürəyim necə istəyirsə, çəkdirəcəm. Pis görmək istəyən yenə də yaxşını pis görəcək. Renka ilə rəqsimiz dünyaya səs saldı. Müxtəlif ölkələrdən direktimə tərif dolu mesajlar gəldi. Buna 1000 nəfər pis yazırsa, Azərbaycan onlardan ibarət deyil. 1000 nəfərin fikri mənim üçün boşdur. Mənə milyonların fikri maraqlıdır. Onlar da mənə kef elə, əlasan deyirlər. Yaxın15-20 günə daha bir klip çəkəcəyik. Musiqisi və aranjmanı Fərid Ağaya aid olan möhtəşəm layihə gəlir”.

Səs-küy yaradan klipdə Kərimin tərəf müqabili olan rəqqasə Renka Ağamuradova da yeni işlərindən məmnunluğunu dilə gətirib:

“Kərim mənim dostumdur. Təklifi düşünmədən qəbul etdim. Belə bir klipdə çəkilmək mənim üçün fəxrdir. Musiqini eşidən kimi, o rola girib oynayırsan. Mahnı çox ürəyimə yatır. Heç vaxt şərhləri oxumuram. Yaxşı hərəkət də etsən, onsuzda yazacaqlar. Əsas yaxınlarımın mənə dəstək olmasıdır. Mən klipdə açıq-saçıqlıq görmürəm. Burada erotika deyil, əsl sevgi hisslərini göstərmişik. Kompleksim yoxdur. Bədən quruluşum gözəldirsə, niyə də çəkilməyim”. 

Qeyd edək ki, Abasov təqdimata oğlu Yusif ilə qatılıb. Tədbir zamanı onun övladı və Renka ilə rəqsləri yenidən diqqət mərkəzinə düşməsinə səbəb olub.

Magazinews.Az təqdimatdan olan geniş video-reportajı və  fotoları təqdim edir:

Tural Hüseyn
Foto/Video: Sübhan İsmayılov
Magazinews.Az