18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |    

"Damlanın indi təqdim etdiyi musiqilər səviyyəlidirsə, onda mən heç nə bilmirəm" - VİDEO


“Biz pis tənqidə o qədər vaxt ayırırıq ki, yaxşı diqqətsiz qalır. Sonra da deyirik ki, yaxşının sosial şəbəkələrdə baxış sayı azdır”. 

Magazinews.Az xəbər verir ki, bu sözləri reper PRoMete modelyer Aynur Xəlilovanın “Hərşeyşünas” adlı podkastında qonaq olarkən deyib. 

O, son günlərdə trendə olan bayağı mahnılardan söz açıb:

“Əslində bilirsiniz nə etməliyik? Bəyəndiyimiz hər bir şeyi “like” etməliyik, şərh yazmalıyıq. Sosial şəbəkə alqoritmi belə işləyir. Bu məsələdə olduqca diqqətli olmalıyıq. Vaxt ayırıb pisi söyməkdənsə, yaxşını həvəsləndirmək lazımdır. Bunu etdiyimiz təqdirdə biz doğrudan da yaxşılıq etmiş olacağıq. Yoxsa təhsil yoxdur…. Təhsilin bu gün atılmış toxumunu 10 il sonra biləcəyik ki, toxum cücərdi, yoxsa yox. 

Bir dəfə Rahib Azəriyə sual verdim ki, bu Üzeyir Mehdizadələr, Damlalar, Vəfalar.... Nə olacaq bunun axırı? O da qayıdıb dedi ki, sən nədən narahatsan ki? Bu, həmişə olub.

Damla musiqimizə vurduğu zərəri vurub artıq. İndi ola bilər ki, peşəkarlarla işləyib, yaxşı nəticə verir. Sadəcə olaraq Damla tez təslim oldu, keçdi səviyyəli işlər təqdim etməyə. Bu mövzuda çox radikal düşünürəm. Damla indi təqdim etdiyi musiqilər səviyyəlidirsə, deməli onda doğrudan da mən heç nə bilmirəm. Sadəcə olaraq yönünü dəyişib. Yaxşıya doğru olsa da, yaxşı deyil. 

Mənə sual verəndə ki, Miri Yusifin mahnı oxumağına münasibətiniz necədir? Miri Yusif Azərbaycan repinə elə xidmət edib ki, onun indi buraxacağı səhvi mən eksprement kimi qəbul edirəm”.



[media=]


Digər Xəbərlər