Azərbaycanlı aktrisadan ərinə maraqlı TƏBRİK - VİDEO

8-07-2024, 19:15
A+
A-


Tanınmış aktyorlar Elvin Ağayevlə xanımı Elvina Atakişiyeva paylaşımları ilə diqqət çəkiblər. 

Magazinews.Az xəbər verir ki, xanımının həyat yoldaşına ad günü sürprizi maraqla qarşılanıb. Yataq otaqlarından video paylaşan aktrisa canlı yayımda bu anlarını izləyiciləri ilə bölüşüb.

Ərinə səmimi təbriklərini çatdıran Elvina hədiyyəsini təqdim edib. İzləyicilərdən bəziləri cütlüyün yataq otağında hamam xalatında paylaşım etmələrini tənqid ediblər.

Qeyd edək ki, müğənniliyə başlayan cütlüyün zamanla sosial şəbəkələrdə səhnə geyimləri və rəqsləri müzakirələrə səbəb olur. 

Xatırladaq ki, aktyor Elvin Ağayev bir müddət əvvəl səhhətindəki problemlə gündəmə gəlmişdi. Onun əməliyyatı üçün pul toplanmışdı, bacısı Gülnaz isə qardaşına donor olub. Onun qaraciyərinin bir hissəsi aktyora köçürülmüşdü.

Müzakirələr yaradan həmin videonu təqdim edirik:

Tural
Magazinews.Az


VIDEO: https://news.milli.az/showbiz/1216904.html