"Sibel Canın Bakı konsertində yaşananlar" – VIDEO

9-03-2019, 11:20
A+
A-

Ötən gün “8 Mart Beynəlxalq Qadınlar günü”-də iş xanımı Ruhi Əliyevanın dəvəti ilə Bakıya gələn Türkiyəli ulduz müğənni Sibel Canın solo konserti baş tutub.

Magazinews.Az xəbər verir ki, “Bakı Konqres Mərkəzi”-də 20:30-da start götürən konsertdə müğənni səhnəyə “kimsem yok” adlı mahnısı ilə çıxıb.

Daha sonra konsertə gələn tamaşaçılarını salamlayan Sibel Can, sevilən hitlərini bir-birinin ardınca sıralayıb.

Gecə boyu kader, lale devri, kanasın, növbetçi sevgilim kimi mahnılarını canlı ifa edən sənətçi tamaşaçıların arasına gəlmək istədiyini deyib.

Konsertin təşkilatçılığı üçün, "Liatris Holding"in rəhbəri Ruhi Əliyevaya təşəkkürünü bildirən müğənni doğum gününü qeyd edən səbəbkarı səhnədən təbrik edib:

“Bu dəfəki gəlişimdən çox məmnun oldum. Burada olmağıma şərait yaradan Ruhiyə təşəkkür edirəm. Sənim doğum gününü təbrik edirəm. Musiqinin dəyərini bilən tamaşaçılarınıza təşəkkür edirəm”.

S.Can 2 hissəli konsert proqramının ikinci hissəsinə dillər əzbəri “kanasın” mahnısı ilə davam edib.

Konsertdə müğənnidən texniki problem də əl çəkməyib. Canlı ifası zamanı bir neçə dəfə mikrafonun nasazlığı ilə qarşılaşan Sibel Can problem aradan qaldırıldıqdan sonra çıxışına davam edib. 

Tükiyəli ulduz səhnədə ifası zamanı sevilən hitləri ilə yanaşı, bir neçə Azərbaycan mahnıları səsləndirib. Onun oxuduğu “sən gəlməz oldun”, “ayrılıq”  mahnıları tamaşaçılara ayrı zövq verib.

Konsert zamanı 3 geyimdən istifadə edən Türkiyəli ulduz gecədə tamaşaçılarla səmimi davranışları və səhnədən onların yanına enməsi ilə diqqət çəkib.
 
Qeyd edək ki, “Liatris Holding”in təşəbbüsü, “Liatris Production”ın təşkilatçılığı ilə keçirilən, 3 saata yaxın davam edən konsertin aparıcılığı Nanə Ağamalıyevaya həvalə edilmişdi.

Magazinews.Az gecədən olan video görüntünü təqdim edir:


Tural Hüseyn

Video:Sübhan İsmayılov