Afətin oğlunun toyuna ən çox pulu bu məşhur YAZDIRIB - FOTO
Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı oğluna toy keçirib.
Magazinews.Az xəbər verir ki, toy səhəri "Rəngarəng" verilişinin qonağı olan sənətçi bir çox məqamlara aydınlıq gətirib.
Toyuna gələn şou nümayəndələrinə təşəkkürünü bildirən Afət gəlməyib, pul göndərənlərə isə onların pulu yox, özünü məclisdə görmək istədiyini deyib.
O, aparıcının xoş gününə ən çox kimin pul yazdırması barədə suala ehtiyatla cavab verib. Toyuna gəlməyib, nəmər göndərən keçmiş müğənni, hazırda iş xanımı kimi fəaliyyətinə davam edən Ruhi Əliyevaya efir vasitəsilə təşəkkürünü bildirib.
Aparıcı Zaur Nəbioğlunun onun toya 5 min dollar yazdırdığına işarə verib. Fərmanqızı xoş gününə "5 min" yazdıranların çox olduğunu yazdıraraq, dolayısı yolla sözügedən məşhurun həmin məbləği göndərdiyini etiraf edib.
Aparıcı isə 5 min dolların yalnız bir nəfərin yazdırdığını bildirib.
Qeyd edək ki, müğənninin oğlu Hüseyn Fidan adlı xanımla ailə qurub.
Hüseyn
Magazinews.Az