“Sənin nəslin içir, anan şampan içir..” - Niyam Salami + VIDEO
Bizi məclisə çağırarlar. Mən nə bilim ki, orada oturan binamusdu. Müğənni araq içə bilməz? Müğənni səhnə adamıdır. Müğənni konyak, viski içməlidir. Sən içməli deyilsən. Müğənninin nüfuzunu salmaq üçün onun yarığını çəkib, qoyurlar. O yarığı sənin bacın, nəslin geyinir. Müğənni bu geyimi səhnədə geyinir, amma sənin nəslin küçədə geyinir. Videonun ən pis çəkilişlərini biz etməliyik. Hər şeyin ifratını edirik. Göbəyi açıq paltarlar birinci bizə gəlir. İnstagramın zəhləsini tökdülər. Kül, bizim səfeh adamların başına ki, belə dövləti düzgün təbliğ etmirlər. Azərbaycanın nüfuzunu gic-gic çəkilişlərlə salmaq olmaz. Dövlət başçılarından, müğənnilərdən, incəsənət xadimlərindən elə bir şeylər danışırlar ki, nə deyəcəyini bilmirsən.
Bu sözləri Magazinews.Az-a özəl müsahibəsində müğənni Niyam Salami deyib.
Magazinews.Az sənətçinin açıqlamalarını olduğu kimi təqdim edir.
Niyam Salami son zamanlar həmkarları ilə bağlı yayılan uğursuz video-şəkillərə münasibət bildirərək, onlara dəstək çıxıb:
“Yazıq müğənnilər. Bizi məclisə çağırarlar. Mən yazıq nə edim. Mən nə bilim ki, orada oturan binamusdu. Müğənni araq içə bilməz? Sənin nəslin içir, anan şampan içir. Müğənni səhnə adamıdır. Müğənni konyak, viski içməlidir. Sən içməli deyilsən. Müğənninin nüfuzunu salmaq üçün onun yarığını çəkib, qoyurlar. O yarığı sənin bacın, nəslin geyinir. Müğənni bu geyimi səhnədə geyinir, amma sənin nəslin küçədə geyinir. Bunun hamısını özümüz edirik. Tərbiyəsiz adamlar var. Meşə çaqqalsız olmaz deyirlər. Bizdə çaqqal azdır. Elə çaqqaldır ki, heç o çaqqaldan Amerikada tapılmır. Avropada elə küçələr var ki, oradan keçsəniz, nifrət edərsiniz. Sizi soyub, buraxarlar. Bilməzsən ki, çantan necə yoxa çıxdı. Ancaq Amerikadan danışanda deyirlər ki, “Oy Amerika” . Ola bilər, şərh yazarsınız ki, bu kimdi danışır. Mən Azərbaycan vətəndaşıyam. Pisim olub, pisi təmizləmişəm, gəlirəm. Siz də pislərinizi təmizləyin. Gəlin, yaxşı olun. Videonun ən pis çəkilişlərini biz etməliyik. Hər şeyin ifratını edirik. Youtube niyə olmasın? Düzgün istifadə elə. Bədbəxt insanlardır. Mən Türkiyədə görmədim ki, xanımlar göbəyi açıq gəzsin. Hər şeyin pisini birinci bizə gətirirlər. Bunun nə təbliğat olduğunu bilmirəm. Göbəyi açıq paltarlar birinci bizə gəlir. Mən o firmaları başqa dövlətdə görürəm. Hər dövlətin özünə uyğun malları var”.
Sənətçi İnstagram sosial şəbəkəsindən bezdiyini də etiraf edib:
“Ola bilər, ilklərə imza atım. İnstagramdan çıxıram. Telefonsuz yaşaya bilməyən insanlar var. Mən yaşaya bilərəm. Məni istəyən tapar. İnstagramın zəhləsini tökdülər. Sənətçinin hər şeyi üzdədir. Maraqlı nə qaldı ki? İşçin səni eksklüziv özü çəkib, instagrama qoymalıdır. Yemək yeyən yerdə ağzın aralı qalıb, qoy, çəksin qoysun. Mənə demə ki, bax. Edəcəksənsə, elə. Mənim xəbərim olmasın. Mənim turbalarımı, suşimi reklam elə, deyirlər. Suşi 15 manatdır. Get ye də. Mən belə şeylərdən bezdim”.
Müğənni müsəlman dövlətlərinin içərisində Azərbaycanın tutduğu yerdən danışıb:
“Müsəlman dövlətlərinin içində şah olanı bizik. Azərbaycan heç kimin torpağına girməyib, amma bizim torpağı alıblar. Çünki müqəddəs torpaqdır. Hamının gözü buradadır. Öz yaradışılımız var. Bura heç yerdən gəlməmişik. Kül bizim səfeh adamların başına ki, belə dövləti düzgün təbliğ etmirlər. Azərbaycanın nüfuzunu gic-gic çəkilişlərlə salmaq olmaz. Youtube-da Azərbaycanın nüfuzunu aşağı salan videolar paylaşırlar. Çox əzab çəkirəm. Dövlət başçılarından, müğənnilərdən, incəsənət xadimlərindən elə bir şeylər danışırlar ki, nə deyəcəyini bilmirsən”.
Salami tənqid dolu, alovlu çıxışından əlavə, yaxında yaradıcılığındakı yenilikləri ilə izləyicilərini sevindirmək niyyətindədir:
“İngilisə ingilis dilində mahnı oxuyurlar. Öz mahnını oxu, anlasın ki, Azərbaycan musiqisi belədir. Musiqinin dili yoxdur. Mətanət İsgəndərli, Dilarə Kazımova ilə yeni layihəm gözlənilir. Mən duetləri dostlarımla bölmək istəyirəm. Mən burada nə banket, nə də toy qüdürəm. Əsas yaxşı mahnı oxumaqdır. Rep də oxusan, yenə toya gedəcəksən. Zülfiyyə Xanbabayeva toy müğənnisi deyil, amma toylardadır. Nailə Mirməmədli ilə ulu öndərimizə həsr olunmuş vətənpərvər mahnı hazırlayırıq. Dindən oxuyacam. Fərid Ağadan yeni mahnım gəlir. Bu mahnı bizim “Sən həmişə mənimləsən” tamaşasındandır. Müğənni - müğənni kimi səhnəyə çıxmalıdır. Stilisti olmalıdır. Mən belə şeylər istəyirəm. Bunu yaradıram”.
Tural Hüseyn
Xatirə Əliyeva
Foto/Video: Sübhan İsmayılov
Şou-Biznes / Müsahibə / Video / Manşet
26-04 01:56
Digər Xəbərlər
Şou-Biznes / Manşet
03-10 09:23
Şou-Biznes / Manşet
02-10 16:20