"Kaş ki, uğurlarımı görərdi"
"Kaş ki, uğurlarımı görərdi"-bu sözləri müğənni Damla ötən gün baş tutan konsertində səhnədə deyib.
Magazinews.az xəbər verir ki, ötən gün paytaxtın konsert komplekslərindən biri "Yaşıl teatr"-da Damlanın silsilə konsertlərindən növbətisi baş tutub. Konsert öncəsi jurnalistlərin suallarını cavablandıran müğənni həyəcanını gizlətməyib: "Dəhşətli dərəcədə həyəcan var. Bu axşam estrada müğənnilərimizin mahnılarını səsləndirəcəm. İllər öncəki, bir az unudulmuş mahnılara müraciət etmişəm."
Müğənnini önəmli günündə həmkarlarından yalnız buraxmayan təkcə Çinarə Məlikzadə olub. O, gənc həmkarının yanında olduğu üçün xoşbəxt olduğunu bildirib. O, yaşlı nəsil sənətçilərin üstümüzə balta gəldiyi vaxtda, biz gənclər bir-birimizə dəstək olmalıyıq deyərək, onu qalmaqala çəkmək istəyən həmkarlarına ismarıc yollayıb.
Fiziki qüsurlu insanların da dəvət edildiyi konsertində Damla öz repertuarından əlavə, Aygün Kazımova, Almaz Ələsgərli, İradə İbrahimova və Xumar Qədimova, Şəfa və Ebru Gündəşin illər öncə səsləndirdiyi mahnılara müraciət edib.
Bundan başqa, gecədə diqqət çəkən məqamlardan biri Damlanın "can dostum" mahnısını ifa edərkən ağlaması olub. Sənətçi, bu mahnının ona atasını xatırlatdığını bildirib: "Kaş atam bu gün yanımda olub uğurlarımı görərdi."
Qeyd edək ki, müğənninin konsertdəki səhnə tərzi-maklyajı üzərində tanınmış stilist Anar Ağakişiyev çalışıb.
Şou-Biznes / Müsahibə / Video / Manşet
11-07 13:30
Digər Xəbərlər
Şou-Biznes / Manşet
07-10 16:30