09:15 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" matçı ilə start götürəcək  |     00:54 "Sabah" 4:0 uduzdu  |     21:01 Premyer Liqa: "Zirə" – "Qarabağ" matçının hakimləri açıqlanıb  |     09:55 "Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)  |     09:35 “Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq  |     08:50 Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb  |     16:33 Coy-Lens Mikels Georgi Adamiyanın göstəricisini təkrarlayıb  |     13:50 Azərbaycan futbolunda qol yağışı: Son 21 mövsümün rekordu təzələndi  |     11:50 Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yenilənib  |     23:10 “Qarabağ” çətin qələbə qazandı  |     20:10 Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib  |     10:10 "Qarabağ" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Sumqayıt"a qarşı  |     20:53 “Sabah” “Zirə”ni darmadağın etdi  |     14:25 "Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir  |     09:33 Premyer Liqada IV turun matçları keçiriləcək  |     08:43 Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu  |     22:33 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     09:15 Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir  |     16:45 "Kəpəz" cərimələnib  |     16:36 Kadi Borgesə ağır cəza  |    

Zenfiranın ailəsi dağıldı? - idmançı əri özü açıqladı - FOTO


Müğənni Zenfira İbrahimova uzun müddətdir həyat yoldaşı, idmançı Anar Heydərovla birgə heç bir paylaşım etmir.

Magazinews.Az  xəbər verir ki, sosial şəbəkə istifadəçiləri arasında cütlüyün ayrılmasına dair iddialar ortaya atılıb.

Şəxsi həyatı ilə bağlı mövzu barədə Anar Heydərov özü açıqlama verərək, bütün söz-söhbətlərə son qoyub:

"Biz sosial şəbəkədə evlənməmişik. Uzun müddətdir ki, sosial mediada birgə görüntülənmirik. Bütün paylaşımlara ara vermişik. Əvvəllər efirlərə də bir yerdə çıxırdıq. Çox paylaşımlarımız olub. Gördüm ki, efirə çıxan ər-arvadlar çox düşüklük edirlər. Kişinin mənliyi olmalıdır. Məni idmançı olduğuma görə xanımımla birgə dəvət edirdilər. İdmanla bağlı sualları cavablandırırdım. Zalımı reklam edirdim. İndi bəziləri var ki, arvadı ilə birgə efirə çıxır. Peşəsinin heç bir aidiyyatı yoxdur, gəlib oturur yanında. Əl çalmağa gəlir ora?

Sonra dedim ki, dayanaq. Hərə öz sahəsində olsun. Mən öz biznesimdə oturum, sən də sənətinlə məşğul ol. Biz boşanmamışıq. Qızımın 20, oğlumun 15 yaş var. Hərəsinin öz çevrəsi, dostları var. Ailəmin yanındayam və bu, belə olacaq.

Hər kəs bilir ki, Zenfira xanım mənim işlərimə qarışmır. Yaşda da böyüyəm. Ona heç bir qadağa qoymuşam. Özü getdiyi yeri də bilir. Sənətinə dəstək olmuşam". 

Hüseyn
Magazinews.Az





Digər Xəbərlər