14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |    

Rozadan küsülü olduğu Elza ilə Abbasa sərt mesaj: Publikaya oynayıb, aktyorluq edirlər


“Siz xasiyyətimə bələdsiz. Elza Seyidcahan məndən üzr istəməyincə onunla barışmayacağam”.

Bu sözləri məşhur müğənni Roza Zərgərli tədbirlərin birində Oxu.Az-a açıqlamasında bildirib.

Elzanın Rozaya ünvanladığı “Heç kimə arzulamıram ki, İlhamə Quliyevanın “taxt”ında otursun. O, yaxşı “taxt” deyil. O “taxta” getsən, məhv olarsan, otur öz yerində” ismarıcından sonra tərəflər arasında qalmaqal yaşanıb.

“Hazırda münasibətləriniz necədir?” sualına Zərgərlinin cavabı sərt olub:

“Barışmadım. Siz mənim xasiyyətimə bələdsiniz. Elza Seyidcahan məndən üzr istəməyincə onunla barışmayacağam. Heç olmasa deməlidir ki, “sözdür də çıxdı ağzımdan, unut getsin”.

Bu yaxınlarda da Elza ilə üz-üzə gəlsəm də, nə görüşdüm, nədə ki, salamlaşdım. Sıfır reaksiya”.

Sənətçi redaksiyamızın əməkdaşı ilə söhbətində Əməkdar artist Abbas Bağırovla aralarında yaşanan qalmaqaldan da danışıb.
Roza Abbasın aktyorluq edərək, publikaya oynadığını deyib:

“Abbas mənim üçün heç bir önəm daşımır. Bizim aramızdakı söz-söhbət “Maşın”ın “Xanımlar və cənablar-2” sürətindən sonra yarandı. Abbas bu söhbətdə haqsız olduğunu çox gözəl bilir. Mən boş yerə heç kəsdən küsmürəm. Publikaya oynamaq lazım deyil. Aktyorluq belə etməyə gərək yoxdur. Tamaşaçı hər şeyi çox gözəl görür, eləcə də anlayır”.

Qeyd edək ki, Roza ilə həmkarı Əməkdar artist Abbas Bağırovla münasibətlərinin korlanmasına səbəb Zərgərlinin “Maşın” şouda videobloger Hüseyn Əzizoğlunun əli ilə Abbası oyundan çıxartması olub. Bundan sonra tərəflər bir-birini danışdırmırlar. Küsülülükləri də indiyə kimi davam edir. 

///Oxu.az

Digər Xəbərlər