“Suna Kasımoğluya avtomobili təqdim olundu – FOTO/VIDEO

31-10-2019, 11:10
A+
A-

Xəbər verdiyimiz kimi, maşın realiti-şousunun "Maskarad"adlı 18ci sürətinin qalibi aparıcı Suna Kasımoğlu olub.

Magazinews.Az xəbər verir ki, ötən gün şounun qalibinə 50 min dəyərində olan, qazandığı “OPEL İNSİGNİA” markalı avtomobili təqdim edilib.

Şounun iştirakçıları da tədbirin qonaqları sırasında olub. Xalq artistləri Bilal Əliyev, Fatma Mahmudova, Ayan Babakişiyeva, Aşıq Namiq Fərhadoğlu, Reperlər Qurd və Ramil Nabran, meyxanaçı Samirə, Ramal İsrafilov, Nazim Faytonçu, Oksana Rəsulova, 17-ci sürətin qalibi Xəyalə Quliyeva, Nazilə Səfərli, Zümrüd Qasımova qalibi yalnız buraxmayıblar.

İlk olaraq, çıxış edən şounun aparıcısı Murad Dadaşov tədbir iştirakçılarını salamlayıb. Daha sonra avto salonun rəsmi nümayəndələrini və qalib Suna Kasımoğlunu yanına dəvət edərək, avtomobilin açarlarını ona təqdim edib.

Layihənin rəhbəri və aparıcısı Xalq artisti Murad Dadaşov media nümayəndələrinə şou barədə açıqlamalar verib.

“İttihamlar olur. Maşın realiti-şousunun 14 illik tarixi ərzində, 300-dən çox iştirakçısı olub. Bu saxta şou olsaydı, qatılmazdılar. Kimsə məni özündən çox istəmir. Ora gələn insanların çoxu şou və öz qazancları üçün gəliblər. Qayda pozuntusu olanda, tamaşaçılardan öncə iştirakçılar görür. Kimsə mənim üçün digərindən dəyərli deyil. Hamısı mənim üçün eynidir,əzizdir. Evimin qonaqlarıdırlar. Qayda pozuntularına göz yumulmur. Şoudan elə adamlar çıxıblar ki, qalsaydılar partlayış olardı.

Mən layihələrdə sms-i ümumiyyətlə yığışdırmaq istəyirəm. Mənim üçün vacib deyil. Ordan böyük qazanc əldə etmirik. Hamı bilir ki, sms-lə səs vermirlər. Hətta əslərin sayı çox az idi. Siz mənə digər səsvermə növü təklif etsəniz, qəbul etməyə hazıram. Elə bir səsvermə olsun ki, hamı iştirak edə bilsin, aqibəti tamaşaçı həll etsin.

Növbəti sürəti 18qalibdən edə bilmərik. Onsuzda hamı deyir ki, ədalətsizlikdir. Fikrimcə, maşın qazananlar yenidən maşın alsalar, düz olmaz. Yenilərinə yol vermək lazımdır".

Xalq artisti şouda yeni aparıcının kimliyi məsələsinə də aydınlıq gətirib:

"Şoumuzda yeni sima olacaq. Düşünürəm ki, mənim “maşın” şouda aparıcı kimi iştirakım bitib. Mən aparcılıqdan daha yaxşı prodüserəm. Kadr arxası olsam, daha maraqlı görüntülər və işlər təqdim edərdik, sadəcə çatdırmıram. Hesab edirəm ki, hər bir valideynin uğuru - onun övladının uğurudur. İnsan nə qədər gözəl olsa da, övladı cəmiyyətə xeyir vermirsə, insanın valideynlik dərəcəsi şübhə altındadır. Düşünürəm ki, lahiyyə məndən böyük olmalıdır. Mən özümü yaraşıqlı insan hesab etmirəm, özümü kadrda bəyənmirəm. İşimə çox həssas yanaşıram. Mən daha yaxşı nümayəndələri ortaya çıxartmaq istəyirəm. Şounun aparıcılığına üç namizəd var. Onların biri ilə anlaşacağıq. Ancaq komandamızda elə adamlar var ki, onlar yeni aparıcının gəlməsini istəmirlər. Hətta onlar gəlsə, biz işdən çıxırıq deyirlər. Mən çəkiliş meydançasında aparıcıyam. Layihənin rəhbəri Toğrul Məmmədovdur. Şirkətin yiyəsi mən olsam da, hamının sözünə qulaq asıram. Mənə nə desələr etməliyəm, çünki onlar cavabdeh şəxslərdirlər”.

Bildirək ki, Kasımoğlu ilə finalda sona qalan aparıcı Lalə Mustafayeva həmkarını təbrik etməyə gələnlərin sırasında olub. Onların səmimi görüntüləri və aralarındakı buzları əritmələri diqqətimizdən yayınmayıb. Lalə Kasımoğlunu təbrik edərək, onu qucaqlayıb. Finalçılar bir qədər söhbət ediblər.

Xatırladaq ki, final mübarizəsi zamanı Suna Kasımoğlu şoudan sonra əsla Lalə ilə münasibət saxlamayacağını bildirmişdi. Mübarizədə isə aparıcı Lalə Mustafayeva sağlamlığında yaranan problem ucbatından əlini avtomobildən çəkməli olmuşdu.


Təqdimatdan olan video görüntünü və fotoları təqdim edirik:


Tural Hüseyn

FOTOLAR: Ramin Qurbanov