Cem Yılmaz Fəxri Xiyabanda - VIDEO

17-11-2019, 19:02
A+
A-

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz iki günlük "stend up" proqramı üçün paytaxt Bakıya gəlib.

Magazinews.Az xəbər verir ki,  aktyor səfərinin ikinci günündə Fəxri Xiyabanı - ulu öndər Heydər Əliyevin və ailəsinin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edərək, məzarları üzərinə əklil dəstələri qoyub.

Media nümayəndələrinin də iştirak etdiyi ziyarət sonrası Cem Yılmaz ona ünvanlanan sualları cavablandırıb.

"Bu gün müqəddəs məkanları ziyarət etdik. Vəzifəmizi yerinə yetirdik. Şəhidlərimizin ruhuna dualar oxuduq. Dünən də bərabər gözəl zaman keçirtdik.
Çıxışımın ilk günündən razı qaldım. Göstərilən münasibət çox gözəl idi. Səhnədə də Azəbaycana çox gəlməli olduğumuzu söylədim. Buradakı sənətçilərlə də vaxt keçirməmiz lazımdır. Bərabər layihələrdə yer almalıyıq".

Onun Miri Yusiflə bağlı etdiyi "Azərbaycanda bir həftə qalsaydım, Miri Yusif kimi Xalq artisti olardım", zarafatının sosial şəbəkələrdə birmənalı qarşılanmadığı məsələsinə belə aydınlıq gətirib:

"Miri Yusiflə dost deyiləm. Onu çox sevirəm. Eşitdim ki, yenicə “Xalq artisti” adına laiq görülüb. Bu isə çox önəmli bir fəxri addır. Məndə bir az onunla zarafat etdim. Hamı istər ki “Xalq artisti” adına laiq görülsün. Çox gözəl bir hissdir. Onu üzəcək bir şeylər demədim. Bu fəxri ada sahib olmaq isə bir həftə içində olacaq bir şey deyil (gülür). Yalnız zarafat etdim”.


Tural Hüseyn