18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |    

“Slivki” qrupunun üzvü, Karina Koks: “Bakını Qafqazın Parisi adlandırardım” – FOTO+VIDEO


Ötən gün “Addım Gənclər təşkilatı”nın təşəbbüsü ilə daha bir sosial xarakterli  layihə, “Road Safety Festival” adlı yol təhlükəsizliyi barəsində tədbir keçirilib. 

Magazinews.Az-ın məlumatına görə, layihə çərçivəsində xarici ulduzlardan Rusiyalı müğənni “Slivki” qrupunun üzvü, Karina Koks, Avropanın məşhur “Ottawan” qrupu, yerli ulduzlardan isə Rəhim Rəhimli səhnə alaraq, tədbir iştirakçılarına şoularını nümayiş etdiriblər. 

Bundan başqa, gecədə modellərin iştirakı ilə podium yürüyüşü keçirilib. Onların sırasında tanınmış model Rüstəm Cəbrayılov da yer alıb. Qonaqlara hazırlanmış yeni geyim nümunələri nümayiş olunub. 

Səhnədəki çıxışı sonrası Karina Koks kulisdə təəsüratlarını jurnalistlərlə bölüşüb.

“Bakıya bu konsert üçün gəlmişəm. Uzun zamandır, Bakıya gəlmirdim. Həmçinin daim dəyişən şəhəri görmək, burada yaşayan tanışlarımla görüşmək istəyirdim. Sonuncu dəfə 5 il öncə burada olmuşdum. Hər gəlişimdə yeni dəyişikliklərlə qarşılaşıram. Bakını Qafqazın Parisi adlandırardım. Bulvarınızda gəzərkən, belə təsəvvür yaranır. Gəncləriniz rus dilindən çox ingilis dilini bilirlər. Bu təqdirə layiq haldır”.

Rusiyalı pop ulduz milli mətbəximizlə bağlı tərif dolu fikrlər söyləyib:

“Sizin mətbəxdən ən çox sevdiyim manqal salatıdır. Yeməkləriniz tərəvəzlərlə boldur. Plov növləriniz də zəngindir. Ən çox şabalıdlı aşınızı çox bəyəndim”.

Yerli sənətçilərimizlə eyni layihədə yer almaq istərmisiniz, sualını Karina belə cavablandırıb:

“Azərbaycanlı müğənnilərdən təəsüf ki, təkcə Emin Ağalarovu tanıyıram. Ancaq sizin çox gözəl müənnilərinizin olduğunu bilirəm. Avroviziya təmsilçiləriniz çox istedadlıdırlar. Sadəcə adlarını xatırlamıram. Mahnını bəyənsəm, istənilən yaradıcı işbirliyi təklifinə açığam. Emin Ağalarovdan duet təklifi gəlsə, qəbul edərəm. Mahnılarımdan birinə Bakıda klip çəkmək istərəm. Gözəl mənzərəli yerləriniz çoxdur. Ola bilsin ki, elə Azərbaycan dilində mahnı olsun, bilmək olmaz. Məmnuniyyətlə, konsert də vermək istəyərəm. Əsas gözəl şouvə yeni mahnılar hazırlamaq lazımdır. Bunun üçün vaxt tələb olunur”.


Tural Hüseyn 
FOTO: Sadıq Əliverdibəyli
Magazinews.Az 
























Digər Xəbərlər