09:15 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" matçı ilə start götürəcək  |     00:54 "Sabah" 4:0 uduzdu  |     21:01 Premyer Liqa: "Zirə" – "Qarabağ" matçının hakimləri açıqlanıb  |     09:55 "Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)  |     09:35 “Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq  |     08:50 Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb  |     16:33 Coy-Lens Mikels Georgi Adamiyanın göstəricisini təkrarlayıb  |     13:50 Azərbaycan futbolunda qol yağışı: Son 21 mövsümün rekordu təzələndi  |     11:50 Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yenilənib  |     23:10 “Qarabağ” çətin qələbə qazandı  |     20:10 Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib  |     10:10 "Qarabağ" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Sumqayıt"a qarşı  |     20:53 “Sabah” “Zirə”ni darmadağın etdi  |     14:25 "Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir  |     09:33 Premyer Liqada IV turun matçları keçiriləcək  |     08:43 Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu  |     22:33 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     09:15 Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir  |     16:45 "Kəpəz" cərimələnib  |     16:36 Kadi Borgesə ağır cəza  |    

Vüsalə məşhur müğənnini "yıxıb-sürüdü": "Tərifləyib məşhurluq qazandırmasaydım, bu gün olmazdın"


Teleaparıcı Vüsalə Əlizadə qalmaqallı açıqlaması ilə diqqət çəkib. 

Magazinews.Az xəbər verir ki, o, aparıcısı olduğu verilişdə müğənni Türkan Vəlizadənin "bostanını daşlayıb".

Buna səbəb isə ifaçının meyxanaçılarla ilə birgə efirə çıxmaq istəməməsi olub:

"Mahnılarınız yazıldı, klipləriniz çəkildi, kimlərsə tərəfindən, necəsə... Bəzənib-düzənib efirə çıxdınız. Elə bilirsiniz, sizləri toylar yaşatdı, yox, bu, belə deyil. Televiziyaların burada çox əməyi var. Bu gün bizim sizin üzərinizdə haqqımız var. Sizi bu yerlərə gətirən, tanıdan biz - aparıcılar, efir olmuşuq. Çünki mən bu gün sənin hansısa mahnını təqdim edib, sənə məşhurluq qazandırmasaydım, efirə tərifnamələr deyib gətirməsəydim, zaman ayrımasaydım, bu gün sən olmazdın. 3 mahnının yutubda izlənməsi ilə iş olmur. Bu gün sosial şəbəkələr var, o vaxt yox idi. Zamanında efirə çıxıb indi sənətkar olanlar belə deyirlər ki, bu, sizin sayənizdə olub. Heç onlar belə ədalı danışıb, özlərindən razılıq etmirlər.

Dəyişmək gözəldir, mən də bunu edirəm. Haqqında ən gözəl verilişləri, proqramları hazırlamışam. Xətrini çox istəyirəm, hörmətim var, bugünkü dəyişiminin də bir səbəbkarı mənəm. Bəlkə danar, bəlkə də yox. Türkan Vəlizadə, səni çox istəyirəm, amma bu gün "meyxanaçılarla bir efirə çıxmıram" sözü səni hörmətli etmir. Sən işini gözəl təqdim et, amma bu qazandan çörək yemisən. Sən bir meyxanaçı ilə ifanla tanınıb sevilmisən, pul qazanmısan, Türkan Vəlizadə olmusan. Meyxana sənəti Azərbaycan mədəniyyətinin, ədəbiyyatının bir növüdür.

Bu gün dövlətimiz, rəsmi qurumlar tədbirlərdə bu sahəni dəstəkləyirsə, heç kim heç kimdən nə yuxarı, nə aşağıdır. Özəlliklə də buradan çörək yediyin halda. Bu, mənə, televiziyaya və çörək qazandığın meyxana aləminə hörmətsizlikdir".



Digər Xəbərlər