11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |     11:55 "Park cinema"da ilk dəfə 2x qala gecəsi: “Səkkiz” - FOTOlar  |     17:35 Türk ailəvi film “Kardeş Takımı 3” - eksklüziv olaraq CineMastercard-da! - VİDEO  |     19:15 “Miss & Mister Azərbaycan 2025” Milli Gözəllik Müsabiqəsinin möhtəşəm Finalı baş tutacaq  |     12:45 “CineMastercard”da Yeni il festivalında “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı  |     22:10 “CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub - FOTO/VİDEO  |     13:50 “CineMastercard”da türk komediyası “Yan Yana” - VİDEO  |     09:00 Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək  |     13:15 “CineMastercard”da eksklüziv olaraq “Bi Umut” təsirli dramın nümayişi baş tutacaq  |     15:35 “Hozu Xan” filminin Qala Gecəsi keçirildi – FOTO  |     13:45 “CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” - VİDEO  |     22:45 “4 TƏKƏR” filminin imza günündə izdiham yaşandı – FOTO/VİDEO  |     18:34 “CineMastercard”da tarixi dram “Mevlana Mest-i Aşk” - VİDEO  |     12:05 3 milyonluq çantası ilə diqqət çəkdi - FOTOlar  |     10:06 Xalq artisti Ramiz Quliyev VƏFAT ETDİ  |     16:05 CineMastercard-da “Tron: Ares” filminin nümayişi keçirildi - VİDEO - FOTOlar  |     14:36 Əminə Yusifqızı vəfat etdi  |     13:52 "CineMastercard"da Ümumdünya Kosmos Həftəsi çərçivəsində"Kosmik Filmlər Festivalı" keçiriləcək  |     09:30 “Formula 1”də evlilik təklifi - VİDEO  |     12:30 İlk dəfə efirdə birgə görüntüləndilər: ərindən xanəndəyə sevgi dolu SÖZLƏR - VİDEO  |    

"Həmişə məni incidən, haqsız şərhlər, tənqidlər almışam" - Mina susqunluğu pozdu - FOTOlar






Müğənni Mina Hüseyn ilin sonunda iddialı açıqlama yayımlayıb.

Magazinews.Az xəbər verir ki, sənətçi, mətbuata bir sıra maraqlı mövzularla bağlı informasiya ötürüb. Mina geridə qoyduğumuz illəri təhlil edərək, 2026-cı ildə olacaq gözləntilərini dilə gətirib:

"2025-ci il mənim üçün özümü yenidən kəşf etdiyim il oldu. Uzun müddət səhnədən kənar qalmışdım. Dönüşdən sonra çalışdım ki, bu illəri boşluq kimi yaşamayım. Öz içimə baxaraq, güc toplayaraq yenidən musiqiyə qayıtmışdım. Son zamanlar ifalarıma fikir versəniz tamaşaçılarımla səmimi bağımı rahat görərsiniz. Və bu, mənə böyük motivasiya verdi. Qarşıdan gələn 2026-cı il üçün planım odur ki, özümü daha da inkişaf etdirim. Yeni musiqi layihələri, kliplər təşkil etməliyəm. Söz verirəm ki, gələn ildə sevənlərimi daha çox uğurum ilə sevindirəcəm". 

İfaçı, sənətə 1 mahnı ilə vurduğu möhürdən, sənətdəki iddialı yerindən də bəhs edib:

"Mən özümü estradada səhnə enerjisi ilə alışıb-yanan, fövqaladə bir sənətçi kimi tanıyıram. İllər əvvəl cəmi 1 mahnı ilə necə parladığım hamıya məlumdur. Bəzi səbəblərdən uzun illər uzaqlaşmalı olmuşdum. Səhnəyə qayıdışımda fərqli Mina Hüseyn var idi qarşınızda. Düşünmürəm ki, sakit idim. Əksinə, daha dərin, daha emosional və daha yetkin bir Minanı göstərmək istədim. Mənə görə estrada yalnız səs deyil, duyğu, vizual həssaslıq və tamaşaçı ilə əlaqədir. Mən öz yerimi səhnədə daha yetkin, daha təsirli bir sənətçi olaraq görürəm. Bu da mənim üçün böyük güc və məsuliyyətdir". 

İllərlə özünə qarşı olan maneələr, haqsızlıqlardan da söz açıb:

"Əgər şou-biznes qaydalarını mən yazası olsaydım, mütləq ki, sənətin dürüstlüyü ön planda olardı. Əsasən, mahiyyət, səs - küy, keyfiyyət.
Yeni aktyor və müğənnilərə yol açmaq lazımdır. Çatışmazlıqlar da var. Peşəkar etika və dəstək mədəniyyəti haqsız rəqabətdən daha vacibdir. Düzgün olmayan isə tez-tez gündəmdə qalmaq üçün səviyyədən aşağı üsulların işlədilməsi, həm də qadın sənətçilərin daha sərt tənqid olunmasıdır. Bu, ikrah doğurur. Etiraf edim ki, zaman - zaman məni də incidən şeylər olub. Həmişə bir ifaçı olaraq, məni incidən, haqsız şərhlər, təhqirlər almışam. Sözsüz ki, bu kimi xoşagəlməz hallar hər bir sənətçinin yaradıcılığını çətinləşdirir. Amma yalan deməyəcəm. Mina Hüseyn möhkəm qızdır. Mənə qarşı duran hər maneə, əksinə, mənə daha güclü olmaq üçün səbəb verdi bu illər ərzində". 

Mina, uğursuz ilk evliliyindən, xəyanətdən də danışıb... 

"Bilmirəm, çox xanım necə düşünür amma mənə görə, şəxsi həyat özü də bir sənətdir. Qismətim necə olacaq gələn il, hələ bilmirəm. Amma nə yalan deyim, özümü qadın kimi iddialı və şanslı hiss edirəm. Münasibətlərdə səmimiyyət, hörmət və dəstək mənim üçün daha əsasdır. Bilirsiniz ki, ilk evliliyim uğursuz olub. Gələn il ərə gedəcəmmi? Bilmirəm. Evlilik barədə isə deyə bilərəm ki, ikinci dəfə həyat yoldaşı seçmək çətindir. Kifayət qədər ağıllı seçim olmalıdır. Burada ürək və ağlın balansı düzgün olmalıdır. Tam səmimi deyəcəm. Xəyanət sözlə deyil, əməllə ölçülür. Xəyanət, bir seçimdir. Əgər bir insan öz seçimlərinə görə davranıbsa, bu, sırf qadının səbri ilə ölçülə bilməz. Bağışlamaq da mümkündür, niyə də yox? Ola bilər. Amma bu şərtlərlə ki, hər iki tərəf arasında səmimi peşmançılıq və düzgün dialoq olsun. Məncə, xəyanət etibarın sındırılmasıdır və hər kəsin buna reaksiyası fərqli ola bilər". 

Ara-sıra açıq geyimlərinə görə tənqid olunan ulduz sənətçi necə düşünür? Bu qədər tənqid, iradlar haradan qaynaqlanır? 

"Məndə ara-sıra açıq geyimlərdən istifadə edirəm. Açığı, tənqid də olunmuşam. Mən səhnə adamıyam. Səhnə görünüşü, sənətin hissini ifadə edir. Başa düşürəm, izləyicilərdə reaksiya doğurması normaldır. Amma gəl ki, bir çox xanımlar gündəlik həyatda bizdən də rahat geyinir, tənqid olunan isə biz oluruq niyəsə. İnsanların tənqidi sadəcə fərqlilikdən qaynaqlanır. Geyim əxlaqı göstərirmi? Yenə də razılaşmıram. Məncə, səmimiyyət, hörmət və peşəkarlıq daha böyük əxlaq göstəriciləridir. Yaxşı tamaşaçı, bunu aydın bilər". 

Və heç kimi özünə rəqib görmür!!! 

"Düzünü deyəcəm, mən musiqidə duyğuları ön planda tutan sənətçilərə baxıram. Mənə görə, səsin dərinliyi, mesajı olan mahnılar daha əsasdır. Qibtə etdiyim şey öz üslubunu qoruyan və sahəsində orijinallıq təqdim edənlər sənət adamlarıdır. Mənimçün ikon biri yoxdur. İkon elə mənəm! Heç kimə də xüsusi qibtə etmirəm! Mənim üçün ikon öz səsini və ifadəsini itirmədən tamaşaçı ilə həqiqətən əlaqə qura bilən sənətçilərdir". 

Mina Hüseyn 2025-ci ilin qatqısını da dilə gətirib:

"Yavaş - yavaş 2025-ci ili geridə qoyuruq. Bu il mənə daha da səbrli olmağı öyrətdi. Bütün sevənlərimə səslənirəm. Səbr və inam hər zəfərin başlanğıcıdır. Hər səhnə, hər mahnı təkrar şans tələb edir. Xüsusi peşmançılığım olmayıb,  güclü dərs və təcrübə qazanmışam. Və özümə söz verdim ki, hər uğur və çətinlikdən bəhs edərkən daha səmimi, daha irəli baxan bir məqamı seçəcəm. Çünki sənətimiz səsdən daha çox hiss və dürüstlüklə doludur".






Digər Xəbərlər