13:50 RED BULL GYM CLASH BAKIYA QAYIDIR: BURADA TƏKCƏ GÜC KİFAYƏT ETMƏYƏCƏK - FOTO  |     14:50 İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - VİDEO  |     22:02 Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı - FOTO  |     11:10 “CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir  |     23:20 RED BULL PƏHLƏVANA CƏMİ 4 GÜN QALDI!  |     13:35 “CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir  |     17:10 Festivalları fəth edən film indi yalnız Park Cinemada! - FOTO  |     22:15 Red Bull Pəhləvan: Qədim anlayışın müasir meydanı  |     15:30 “CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır  |     17:00 CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - Foto/Video  |     14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |    

""Məcnun" deyə-deyə qalmışam, dəvət etmirlər"


Müğənni Eldəniz Məmmədov "Məcnun" obrazını canlandırmaq üçün dəfələrlə müraciət etməsinə baxmayaraq dəvət almamasından narazılıq edib.

Magazinews.Az-ın məlumatına görə, sənətçi bildirib ki, uzun illərdir bu rolu ifa etmək istədiyini açıq şəkildə dilə gətirsə də, müraciətləri cavabsız qalıb. Onun sözlərinə görə, yalnız çətin vokal əsərlərin ifası tələb olunduqda xatırlanır:

"Dəfələrlə müraciət etmişəm ki, 'Məcnun' obrazını oynamaq istəyirəm. Çətin əsərlər olanda deyirlər, buyurun gəlin, ifa edin. Halalları olsun, gedib oxumuşam. Amma söhbət roldan gedəndə hər dəfə başqa səbəb göstərilir".

Eldəniz Məmmədov qeyd edib ki, peşəkar musiqi təhsili var və bu sahədə çalışmaq istəyir:

"1996-cı ildə Musiqi Akademiyasını İslam Rzayevin sinfində bitirmişəm. Diplomumu evdə saxlamaq üçün almamışam. Təhsilim üzrə işləmək istəyirəm".

Müğənni Opera və Balet Teatrına da müraciətlər etdiyini bildirib. Onun sözlərinə görə, müraciətlər zamanı bəzən yer olmadığı, bəzən isə başqa səbəblər göstərilib:

"Getmişəm, gah deyiblər yer yoxdur, gah da başqa bəhanələr gətiriblər. Axırıncı dəfə 'çağıracağıq' dedilər, amma yenə xəbər çıxmadı. 'Məcnun' deyə-deyə qalmışam".

Sənətçi əlavə edib ki, Musiqi Akademiyasında "Leyli və Məcnun" operası üzrə dövlət imtahanında çıxış edib və Xalq artisti Arif Babayevdən yüksək qiymət alıb:

"Dövlət imtahanında 'Leyli və Məcnun'da oynamışam və Arif Babayevdən '5' qiyməti almışam".


Musa


Digər Xəbərlər