21:33 Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib  |     12:11 "Neftçi" "Sabah"a qarşı  |     16:33 "Neftçi" – "Sabah" oyununun hakimləri açıqlandı  |     11:37 Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)  |     19:07 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb  |     09:15 Azərbaycan Litvaya qarşı  |     11:13 Ayxan Abbasov: "Əzmkar komandaya qarşı oynayacağıq"  |     12:10 Azərbaycan - Litva oyununa bu hakimlər idarə edəcəklər  |     22:02 UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib  |     10:05 Millətlər Liqası: Azərbaycan Lixtenşteynə qarşı  |     22:55 RED BULL WINGS CUP ilə Azərbaycandan Mayamiyə  |     19:50 Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik"  |     14:11 “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı  |     12:45 Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı  |     19:33 Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"  |     18:56 UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib  |     09:00 UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı  |     10:15 Hande Erçel CeyLo ilə - (Foto)  |     23:20 “Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov  |     22:11 Azərbaycan millisi Tacikistanı məğlub edib  |    

"60 yaşı var, qarını-ayaqları açıq formada..."


"Öz aramızda" verilişinin qonağı olan Əməkdar artist Almaz Ələskarova sənətçilərin tamaşaçılara örnək olması mövzusunda fikirlərini bölüşüb.

Magazinews.Az xəbər verir ki, o, xüsusilə bəzi müğənnilərin efir və səhnədə açıq-saçıq geyimlərinə münasibət bildirib.

Müğənni qeyd edib ki, sənət adamları etikadan kənara çıxaraq tamaşaçıları qıcıqlandırmamalıdır:

"Müğənnilərimiz etikadan kənar çıxıb insanları qıcıqlandırmasınlar. Tamaşaçı kimi baxdıqda yaxşı görünmür. Biz insanları sevindirməyə çalışırıq, bizə qulaq asmaları­nı istəyirik. Ona görə də bizdən ibrət götürməlidirlər - danışığımızla, geyimimizlə və davranışımızla".

A.Ələskarova vurğulayıb ki, efirdə göstərilən hər şey cəmiyyətə təsir edir və xüsusilə uşaqlar bunu normal qəbul edə bilər:

"Elə müğənnilər var ki, 55-60 yaşı var, amma qarın-ayaqlar açıq efirə, səhnəyə çıxırlar. Uşaqlar baxır və bu halı normallaşdırırlar. Məncə hər şey yerində, öz yaşına uyğun olmalıdır".

Sənətçi bu cür davranışlardan uzaq olduğunu da bildirib:

"Mən belə şeylərə uzağam. Həmin ifaçılar özləri bilər, amma mən razı deyiləm. Evdən çıxanda güzgüyə baxsınlar, geyimlərinə diqqət etsinlər".

Almaz Ələskarovanın bu açıqlamaları sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.


Musa


Digər Xəbərlər