13:50 RED BULL GYM CLASH BAKIYA QAYIDIR: BURADA TƏKCƏ GÜC KİFAYƏT ETMƏYƏCƏK - FOTO  |     14:50 İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - VİDEO  |     22:02 Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı - FOTO  |     11:10 “CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir  |     23:20 RED BULL PƏHLƏVANA CƏMİ 4 GÜN QALDI!  |     13:35 “CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir  |     17:10 Festivalları fəth edən film indi yalnız Park Cinemada! - FOTO  |     22:15 Red Bull Pəhləvan: Qədim anlayışın müasir meydanı  |     15:30 “CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır  |     17:00 CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - Foto/Video  |     14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |    

Brilyant Dadaşova bu gənc bəstəkarın mahnısını OXUDU - VİDEO


Azərbaycan Bəstəkarlar ittifaqının üzvü, Gənc bəstəkar-ifaçı Aydan Əliyeva öz yenilikləri ilə yenidən qarşınızdadır.

MagaziNews.Az xəbər verir ki, o, bu dəfə də müəllifi olduğu  "Gəl" adlı mahnısını xalq artisti ,dəyərli sənətkar Brilyant Dadaşovaya təqdim etmişdir. Aydan deyir ki, 6  ildir ki hər hansı bir mahnısını Brilyant xanımın ifa etməsi arzusunda olmuşdur və nəhayət bu gün bu arzusu reallaşıb:

"Xoşbəxt bəstəkaram ki, gənc yaşımda xalq artistləri, Əməkdar artistlərlə çalışıram mahnılarımı ifa edirlər. Artıq 6 ildir ki Brilyant xanım üçün düşünürdüm necə bir mahnı yazım ki, bəyənsin oxusun.

Nəhayət təsadüfən keçən il bir musiqiyə qulaq asırdım birdən elə həmin musiqi nəticəsində ağlıma belə bir söz gəldi Gəl... Elə oturdum piano qarşısına başladım melanxolik abu-havalı musiqi ifa etməyə birdə baxdım sözlər də,musiqi də yarandı : 

Əsl sevgi həb kimidir ömürlük çidar edər, Ayrılıqlar ölümə betər ,adamı ahuzar edər
İndi sən də tutulmusan bu ömürlük xəstəliyə
Gəl ey aşiq qurtar onu yoxsa özünə qəsd edər
Gəl intizarda qoyma məni,etmə günah gəl
Bu sevgini gözü yaşlı qoyma dərbədər  ..

Elə ürəyimdə tutdum ki vəssalam,yəqin ki inşaAllah dəyərli sənətkar bəyənəcək. Brilyant xanımın son vaxtlar oxuduğu mahnıları dinləmişdim deyə hiss etdim ki müəllifi olduğum bu mahnını qəbul edər yəqinki. Elə də oldu, göndərdim, mənə geri dönüş edərək bəyəndiyini və bunu oxuyacağını bildirdi. Fəxr etdim,çox sevindim və Brilyant xanım mahnını aparıcı Tolikin "Tarixin bir günü "verlişində təqdim etdi.

Onu da deyim ki, Brilyant xanım o qədər yüksək istedad sahibidir ki özü də mahnıya 2-ci kuplet əlavə edib. Beləliklə "Gəl" adlı mahnının sözləri Brilyant Dadaşova və mənim , musiqisi isə mənə, Aranjimanı Anar Keytermana məxsusdur. Sözlərində bəzi cüzi dəyişikliklər də edərək mahnını özünküləşdirərək oxuyur. Hər ikimizi təbrik edirəm uğurlu iş münasibətilə, Brilyant xanıma təşəkkür edirəm ki gənclərə bu cür  dəyər ,üstünlük verir " 

Qeyd edək ki, Aydan Əliyeva bu yaxınlarda öz ifasında müəllifi olduğu "Çağırdım" adlı mahnısını dinləyicilərinə təqdim etmiş, çox uğurlu mahnı kimi qarşılanmışdır.

Aydan Əliyeva bir sıra tanınmış müğənnilərin ifasında səslənən mahnıların müəllifidir.


Məsələn :
1. Mahnılar və Sən - Nazpəri Dostəliyeva& Nihat Məlik
2. Gözəl Azərbaycan - Lalə Məmmədova
3. Zəfər günü - Elnarə Xəlilova
4. Mənə bax - Aygül Arzum
5. Tutulmuşam - Rövşən Əziz
6. Gəlmədin - Firuzə Babayeva
7.Gəlinimiz - Firuzə Babayeva
8. Dünya - Gülyaz Məmmədova
9. Zəfər marşı - Aygül Arzum
10. Xatirə - Gülyanaq Məmmədova 

Gənc bəstəkara yeni-yeni uğurlar və daha da yüksək pillələrdə olmasını arzu edirik!


Mahnını sizə təqdim edirik :



[media=]



Digər Xəbərlər