Zamiq mart ayında ikinci klipini tamaşaçıların ixtiyarına verdi

9-03-2020, 21:00
A+
A-

Müğənni Zamiq Hüseynov mart ayında ikinci klipini tamaşaçılarına təqdim edib.

"Просто будь" adlı mahnının sözləri  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur. Rus dilində yazılan bəstənin musiqisi Alxanlı, aranjimanı isə Yaşar Baxışa aiddir.

Türkiyədə lentə alınan ekran işinin rejissorluğu Zəhra Quliyevaya həvalə olunub.

Pop ulduz İnstaqram hesabında paylaşım edərək "Əziz dostlar. Qoy bu mahnı 8 mart bayramı münasibətilə xanımlar üçün ən gözəl hədiyyə olsun" sözlərini qeyd edib.