13:50 RED BULL GYM CLASH BAKIYA QAYIDIR: BURADA TƏKCƏ GÜC KİFAYƏT ETMƏYƏCƏK - FOTO  |     14:50 İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - VİDEO  |     22:02 Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı - FOTO  |     11:10 “CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir  |     23:20 RED BULL PƏHLƏVANA CƏMİ 4 GÜN QALDI!  |     13:35 “CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir  |     17:10 Festivalları fəth edən film indi yalnız Park Cinemada! - FOTO  |     22:15 Red Bull Pəhləvan: Qədim anlayışın müasir meydanı  |     15:30 “CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır  |     17:00 CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - Foto/Video  |     14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |    

Aysun qardaşının ilk dəfə FOTOları yayımlandı - ona cavabı MÜZAKİRƏ YARATDI


Müğənni Aysun İsmayılovanın ailəsi ilə bağlı açıqlamalar ictimaiyyətdə geniş rezonans doğurub.

Magazinews.Az xəbər verir ki, Aysunun ilk dəfə "Günə Uğurla" verilişində atasının ikinci ailəsindən olan qardaşının fotosunu yayımlayıb. Veriliş zamanı onun bacısına ünvanladığı səmimi sözlərlə diqqət çəkib və Aysuna olan düşüncələrini dilə gətirib.

Bu açıqlamalara Aysun İsmayılovanın cavabı isə xüsusilə müzakirələrə səbəb olub. Müğənni verdiyi açıqlamada indiyə qədər ailə üzvlərindən yetərli dəstək görmədiyini vurğulayıb:

"Bu vaxta qədər heç bir yaxşı-pis günümün yanında olmadınız. Öz ayaqlarım üzərində dayanmağı öyrənmişəm, hər bir işimi özüm görmüşəm. Bundan sonra da yanımda olmayın. Ən çətin günlərimdə harada idiniz?" - deyə o bildirib.

Aysun əlavə edib ki, ehtiyac yaranarsa, kömək etməyə çalışar, lakin formal və saxta münasibətlərə ehtiyac duymur. Müğənni sonda ailə üzvlərinə xoş arzularını çatdırıb:

"Bacı-qardaşlarımın hər birinə xeyirli günlər nəsib olsun. Mənim yaşadığım taleyi yaşamasınlar, atalı böyüsünlər".

Aysun İsmayılovanın bu səmimi və açıq etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, izləyicilər arasında birmənalı qarşılanmayıb.


Hüseyn






Digər Xəbərlər