13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |    

"Modellərlə oturub durur. Amma baxırsan ki, öz zövqü yoxdur. Geyinə bilmir" - Zamiq Hüseynov


Bəzi məşhurlar var ki, ancaq modellərlə oturub durur. Amma baxırsan ki, öz zövqü yoxdur. Geyinə bilmir. 

Magazinews.Az xəbər verir ki, bu sözləri Mtv Azərbaycana müsahibəsi zamanı, sənəti, tərzi ilə şou-biznesin ən lider müğənnilərindən olan Zamiq Hüseynov söyləyib.
 
Tərzini bəyəndiyi qadın həmkarlarının adını çəkən pop ulduz, kişi sənətçilərə iradını da gizlətməyib:

"Röya bəyəndiklərimdəndir. Dostum olduğuna görə demirəm. Çox zövqlü geyinir. Söhbət ondan getmir onun ətrafında zövqlü insanlar var. Bu nüans böyük rol oynamır. Insanlar var ki, ancaq modellərlə oturub durur, baxırsan ki, öz zövqü yoxdur. Geyinə bilmir. Bunun üçün istedad lazımdır. Aygün Kazımovanın da geyimi, tərzi çox xoşuma gəlir. Amma bəylərdən sözün düzünü desəm tam məni qane edən yoxdur. Bəli, rahat danışmaq istəyirəm. Demirəm ki, pis geyinirlər, yox! Varsa da, baxırsan ki, o geyim vacibdir amma onu daşımaq da lazımdır. Daşıya bilənlər isə çox azdır. Bəzən çəki ona imkan vermir, bəzən görürsən ki, idman edib, çiyin məsələsi var ki, oturmalıdır. Çiyinlə baş, çiyinlə bədən düz gəlmir. Baxırsan ki, nəsə çatmır! "

Hüseynov türkiyəli ulduzların əlçatmaz olmadığını da qeyd edib: 

"Mənim Türkiyədə də o qədər bəyəndiklərim yoxdur. Aralarında, ifaçılar, aktyorlar var. Desəm məni qınayarlar amma qoy qınasınlar. Bəzi adamlar var, elə bilirlər ki, onlar əlçatmazdır. Amma elə deyil!".

Zamiq “bizim məşhurlarımız dünya ulduzlarından tərz öyrənirlər” fikirlərini də cavabsız qoymayıb:

"Onlar da baxıb kimlərdənsə, götürürlər də, düzdürmü? Gör-götür dünyasıdır. Sadəcə olaraq onların bazarı çox böyük olduğundan bir mahnı da oxuyanda deyirlər ki, o saundu oğurladılar. O Saund onlara məxsusdur. Belə bir şey yoxdur. Onlar da bizim kimi insandılar da. Onlar da instaqramda hansısa videonu götürüb bəzi əlavələr edirlər".

İfaçı, ona verilən hədiyyələrə fərqli münasibətindən də danışıb: 
"Hədiyyə xoşuma gəlməyəndə gedib dəyişirəm. (Gülür) Mənim dostlarım da bunu bilir. Bəzi hallarda deyirlər ki, sənə filan hədiyyəni aldıq bilirik də, özün gedib baxıb dəyişərsən".













Digər Xəbərlər