13:16 “FC 25” 2v2 üzrə PS5 turniri ilk dəfə Bakıda! - FOTO  |     13:08 Prezidentdən Arif Babayevlə bağlı sərəncam  |     16:03 “Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO  |     16:00 Wings for Life World Run 2025: Azərbaycan dünyanın ən böyük qaçış tədbirinin bir hissəsi oldu - FOTO  |     14:00 Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib - FOTO  |     12:55 Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək - FOTO  |     19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |    

Məşhurlardan #evdəqal paylaşımı...


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirusla mübarizə çərçivəsində #evdəqal həştəqi ilə yeni aksiyaya start verərək insanları evdə qalmağa çağırıb.

Ölkənin incəsənət üzvləri də sözügedən təşəbbüsə əməl edərək sosial şəbəkələrdə paylaşımlar etməyə başlayıblar.

Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə paylaşım edərək hər kəsi diqqətli olmağa çağırıb:
“Hər birimiz özümüzü qorumaqla sağlam günlərə tezliklə çıxarıq”.

Prodüser Tarix Əliyev (Tolik) də instaqramda status yazaraq hər kəsin bayram günlərində evdə olmağını məsləhət görüb:
“Dostlar, bayramlar çox əzizdi, hamı bir- birinin evinə qonaq getmək istəyir. Amma çalışın öz ailənizlə, evinizin içində doğmalarınızla bayram günlərinizi qeyd edin. Çünki bununla biz sağlamlığımızla həm özümüzü, həm də doğmalarımızı virusdan qorumuş oluruq”.

Bundan əlavə, aparıcı Zaur Baxşəliyev instagram səhifəsində maarifləndirici videoçarx paylaşaraq qeyd edib ki, insanlar ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmasınlar.

Həmçinin müğənni Nura Suri də hər kəsə evdə qalmağı məsləhət görüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 14 mart 2020-ci il tarixindən etibarən ölkə ərazisi xüsusi rejimə keçib.

///Qafqazinfo

Digər Xəbərlər